AXTAR

Qətərin qatarını yola salmaq çətin olacaq

qeter

 

Bu ölkə qarışmamış məsələ həll olunmalıdır, əks halda dünyanıı daha bir Suriya bataqlığı gözləyir

Qətər dövləti ətrafında baş verən hadisələr qaranlıq səmada çaxan şimşək tək dünyaya səs salıb. Çünki, bu olay müsəlman dünyasının birlyinə ciddi təhdid yaradır. Məsələnin qəlizliyi bir də ondadır ki, hazırda müsəlman ölkələrinin bəzilərində gedən müharibələr həmin ölkələri məhv olmaq təhlükəsi ilə üz-üzə qoyub. İraq, Liviya, Suriya və Afrikanın bir neçə ölkəsi terrorun qan çanağında boğulur. Belə bir şəraitdə Qətər kimi varlı dövlətin də bu sıraya qoşulması vəziyyəti daha acınacaqlı duruma sala bilər.
Belə görünür ki, prosesdə Qərbin barmağı var. Digər tərəfdən Rusiyanın da marağı Qətərin qarışdırılmasını üstün tutur. Çünki, bu ərəb dövləti dünyada İran və Rusiyadan sonra təbii qaz ehtiyatlarına görə üçüncü yerdə gedir. Qərb varlanmış Qətərin müstəqil siyasət yürütməsindən narahatdır. Ona görə ki, hər hansı regionda müstəqil yürüdülən siyasət onun geostrateji maraqlarını alt-üst edir. Məsələn, Qətər Qərbin arzusu xilafına olaraq bu gün İranla müəyyən sahələrdə əməkdaşlıq edir. Bu, ABŞ-ı heç cür razı salmır. Rusiya isə sanksiyalar ucbatından itirdiklərini neft-qaz ixracı hesabına aradan qaldırmaq arzusundadır. Buna görə də “Türk axını” qaz kəmərinin inşasını sürətlə tikməyə başlayıb. Məsələ burasındadır ki, bir neçə il əvvəl zəngin “Günbəz” qaz yatağında istismarı dayandıran Qətər dövləti bu il istismara başlayacağını bəyan edib. Halbuki, Rusiya hazırda Azərbaycanın təşəbbüsçüsü olduğu və reallaşdırmağa çox az vaxt qaldığı bildirilən “Cənub Qaz Dəhlizi”nin əsas kəməri TAP-ın baş tutmaması üçün əlindən gələni edir. Ruslar qorxur ki, bu kəmər işə düşəndən sonra “Türk axını”nın əhəmiyyəti azala bilər. Əgər Qətər qaz yatağının istismarına başlasa, onda onun “Cənub Qaz Dəhlizi”nə qoşulması ehtimalı çox güclüdür. Təsadüfi deyil ki, qalmaqal başlayandan iki gün sonra Rəcəb Tayyip Ərdoğan Qətər dövləti ilə aralarında olan münasibətləri pozmayacağını dilə gətirib. Güman ki, bu tərəfkeşliyin geostrateji əhəmiyyəti, İslam təəssübkeşliyi ilə bərabər iqtisadi mənfəət sindromu da var. Axı, Qətər qazının tranzitindən kifayət qədər gəlir götürmək olar.
Lakin Qətərdə vəziyyətin qarışması heç də Qərbə və Rusiyaya xeyir verməz. Qərb məsələnin bumeranq effektini nəzərə almaqla ən azından Liviyada, Suriyada olanların Qərbə təsirini unutmamalıdır. Rusiya isə Yaxın Şərqdə əsas müttəfiqi sayılan İrana görə bu işə qarşı çıxmağa məcburdur. Çünki, Qətərdən başlayan qarışıqlığın bu ölkəyə keçməsi qaçılmaz olar.
Lakin Qərb, o cümlədən Qətərdə miyardlarla dollarlıq layihələri həyata həyata keçirməyə başlamış Almaniya hələ ki susur. Avropa Birliyindən qaynaqlanan bu susqunluq isə hansı gizli niyyətlərin, güman ki, ilk anonsudur.
İslam birliyi ölkələri bütün müsbət-mənfi nüansları nəzərə alaraq təcili hərəkətə keçməlidir. Yaranmış böhranın aradan qaldırılması üçün İslam Əməkdaşlıq Təşkilatının təcili iclasının keçirilməsi zəruridir. Qətər qarışmamış məsələ həll olunmalıdır, əks halda dünyanıı daha bir Suriya bataqlığı gözləyir.

IKSmedia.az

Oxşar məqalələr