AXTAR

Erməni rəhbərliyinin ölkəni fəlakətə sürükləyən korazehinliyi

muhariba

 

Düşmən ölkəni idarə edənlər döyülməmiş dincəlməyən küçə uşağı ampluasından çıxış edir
Parlament seçkilərindən sonra ermənilərin cəbhədə təxriatları artıb. Bu da səbəbsiz deyil. Seçkilərin gedişində baş vermiş ciddi qanun pozuntuları artıq bir çox siyasi qüvvələrin onun legitimliyini şübhə altına alması ilə nəticələnib. Müxalifət düşərgəsindən səslərin yenidən hesablanması, saxtakarların cəzalandırılması kimi tələblər irəli sürülür. Tezliklə ölkəni yeni mitinгlər dalğasının bürüyəcəyi ehtimal olunur. Sosial gərginlikdən əziyyət çəkən xalqın yaxşılığa doğru dəyişiklik gözləmək arzuları boşa çıxdığında yoxsul təbəqənin siyasi müxalifətə dəstək verəcəyi hakimiyyətdə ciddi narahatlıq doğurur. Bunun qarşısını almaq üçün gecəni-gündüzə qatan İrəvan polittexnoloqları yenə əhalidə düşüncəsində Qarabağ kabusunu yenidən alovlandıraraq “ölkə müharibə şəraitindədir”, “vətənin dar günündə ona dayaq olaq” kimi saxta vətənpərvərlik şüarları ilə aranı sakitləşdirməyə çalışırlar. Amma bunu əsaslandırmaq üçün Azərbaycanın işğal etdikləri ərazisindəki ön xətdə atəşkəsin pozulmasını intensivləşdirirlər.
Amma atəşkəsin daha ciddi şəkildə pozulması təkcə xalqın başını aldatmağa xidmət etmir. Serj Sarkisyan güruhu öz havadarlarına arxalanaraq Azərbaycanı torpaqlarının işğal edilməsi faktı ilə razılaşmağa məcbur etmək arzusundadır. Sanki, bir il əvvəl Azərbaycan Ordusunun hücumundan vahimələnərək Moskvaya, hücumun dayandırılması üçün ağalarının yanına yalvarmağa qaçan Ermənistan prezidenti olmayıb. Lakin Sarkisyanın deyəsən “unutqanlıq” azarı var. Elə bu səbəbdəndir ki, cəbhə bölgəsində vəziyyət günü-gündən gərginləşir. Bu isə yeni toqquşmalar ehtimalını sürətlə artırır. Beynəlxalq müşahidəçilər də bu barədə həyəcanlı proqnozlar söyləyirlər. Beynəlxalq Böhran Qrupunun Avropa və Mərkəzi Asiya üzrə proqramlarının rəhbəri Maqdalena Qrono “reliefweb” portalında dərc olunan məqaləsində yazır: “2016-cı ilin aprel döyüşlərindən bir il keçsə də, bu gün Dağlıq Qarabağ münaqişəsi zonasında daha sərt toqquşmaların olması təhlükəsi mövcuddur”. Müəllifin fikrincə, münaqişə bölgəsində yeni toqquşmalar regionda dəhşətli humanitar böhrana səbəb ola bilər. M.Qrono bu nəticəyə durduğu yerdə gəlməyib. O, Bakı şəhərində sanatoriya binasında yaşayan qaçqınlarla görüşündə bu mövzunu müzakirə edib. Onun məqaləsində I Qarabağ müharibəsinin veteranı, qaçqın həyatı yaşayan Bayramın sözləri yer alıb. Bayram 25 il əvvəl artilleriya atəşi ilə şikəst edilmiş öz ayağını göstərir və deyir: “Mən öz böyük oğlumu orduya göndərdim. O, zabitdir və mən ona dedim: özünü qoru, amma Vətən üçün döyüş”. Müəllif həqiqəti gizlətmir: “Bayram əmindir ki, Azərbaycan Ordusu işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonları qaytaracaq və o, öz doğma evinə qayıdacaq”.
M.Qrono İrəvanın ab-havasını da qeyd edir: “Məşhur erməni ekspertlərindən biri Azərbaycanın ən azı iki əhəmiyyətli strateji yüksəkliyi qaytarmasına baxmayaraq, belə deyir: “Siz anlamırsınız ki, Bakı ötən ilin aprelində uduzdu?”. Başqa bir erməni analitik isə qeyd edir ki, “indi biz hazırlaşmışıq və azərbaycanlılara böyük itki verəcəyik”. Lakin ermənilərin Azərbaycandan çəkindiyi açıq şəkildə hiss olunur. Hər iki tərəfdən təhlükə vəziyyət yaranıb. “Dondurulmuş” hesab olunan münaqişə yenidən alışa bilər. Azərbaycan Türkiyə və Rusiya ilə hərbi müqavilələr imzalayıb. Bakı Türkiyə, Rusiya, İsrail və Pakistandan ən güclü silahlar əldə edib. Azərbaycanın hərbi büdcəsi Ermənistanın dövlət büdcəsindən çoxdur. Lakin İrəvan Rusiyaya bel bağlayır və Moskvanın verdiyi kreditlərlə elə rus istehsalı olan silahlar alır. İrəvan danışıqlara başlamamışdan əvvəl öz hərbi gücünü təcili şəkildə artırmaq istəyir. Münaqişə zonasında risklər qalır və yeni müharibənin olması ehtimalı böyükdür”.
Beləliklə, erməni təxribatlarının gizli məqsədi hamıya aydındır. Demək, düşmən ötənilki dərsləri unudub və bəzi xarab olmuş cihazlar kimi “qapaz” yeməsə, rasional fikirləşə bilməyəcək. Belə yerdə müdriklər deyir ki, günah öldürəndə yox, öləndədir. Serj Sarkisyan hökuməti yalnız zora tabedir, sülhsevər yanaşmanı o anlamır.

IKSmedia.az

Oxşar məqalələr