AXTAR

Makronizm Fransanın dövlət siyasətində axmaq yenilikdir

macron
Fransızlar Avropada öz siyasətləri ilə həmişə fəxr ediblər. Bu siyasət ikiüzlü (double politique) olmasına baxmayaraq qarşısına qoyduğu məqsədə çatıb. Yəni, siyasətin mühüm atributu kimi alıb-aldatmaqda fransız siyasətçilər mahirdirlər. Üstəlik, bu məsələdə fransız qadınların rolu da danılmazdır. Məsələn, Jak Şirak arvadı Bernadetin milyonları sayəsində prezident kürsüsünə əyləşə bilib. Ondan sonra gələn Nikola Sarkozi 5 uşaq anası olan arvadını gənc müğənni qadına “uf” demədən dəyişib. Sarkozinin xələfi sosialist Olland da 3 övladının anasından ayrılıb və gənc qadınla evlənəndən sonra seçkilərdə qalib gəlib. Budur, onun ardınca Emmanuel Makron da nənəsi yaşda qadınla evləndikdən sonra prezident kürsüsünü ələ keçirib. Bu nədir, paradoks, yoxsa Fransada insanın öz mənəvi dəyərlərinə xəyanəti olan prezidentlik xarizması?
E.Makronun oktyabrın 14-də Azərbaycan və Ermənistan arasında sülh münasibətlərinin yaradılması sahəsində verdiyi bəyanat beynəlxalq arenada ciddi müzakirə mövzusu olub. Avropa Birliyinin rəhbərliyində yer alan ölkə başçısının faktları aydın tekstlə təhrif edərək məsuliyyətsiz fikirlər söyləməsi və bununla da iki dövlət arasında bağlanılması gözlənilən sülh müqaviləsinə balta çalması nəinki ara qarşdırmaq, həm də siyasi nihilizmdir.
Makronun Fransaya prezidentlik etdiyi 5 il ərzində gördüyü işləri ötən ilin payızında təhlil edən Marsel Qoş və onun həmmüəllifləri-jurnalist Erik Konan və filosof Fransua Azuvi belə nəticəyə gəliblər ki, Emmanuelin ilk prezidentlik mandatı dövründəki fəaliyyətinə görə onu fransız siyasətçilər tipologiyasına aid etmək olmaz. İki şərhçi – Emmanuel Tod və Pol Tibo isə iddia edirdilər ki, bizi (fransızları-müəl.) “uşaq idarə edir”. Təhlilçilər, sonda belə bir fikrə söyləyiblər ki, bu adamım məqsədi necə olur-olsun “birinci” olmaqdır. İlk baxışda elə görünür ki, bu məqsədin həyata keçirilməsi üsulunu Makron “ağzına gələni” danışmaqda görür. Amma Fransada erməni lobbiçiliyini və ermənipərəstlərin hakimiyyətə təsir mexanizmlərinin gücünü nəzərə alanda, məlum olar ki, Makron bu cür “sayıqlamağa” məcburdur. Çünki, Avropada belə bir zərb-məsəl var: “Pul hər şeyi həll edir”. Bu ilin əvvəlində Emmanuel Makronun ikinci dəfə Fransa prezidenti seçilməsinə inam elə də böyük deyildi. Amma birdən-birə bu adamın reytinqi seçicilər arasında qalxmağa başladı və o, seçkilərdə rəqibini üstələməyi bacardı. Şübhəsiz ki, bu işdə erməni diasporunun milyonları həlledici rol oynayıb. İndi də Makron ermənilərin milyonlarına görə onların çaldığı havaya oynamalıdır. Düzdür, fransızların siyasətində “ermənilik” amili mühüm yer tutur. Lakin daha bu qədər də yox! Çünki, Makron ağzına gələni danışmaqla təkcə özünü yox, ümumiyyətlə, Fransanın xarici siyasətini yandırıb, başqa sözlə, siyasətdə uşaq olduğunu işdə sübut edib.
Təsadüfi deyil ki, onun prezidentə yaraşmayan bəyanatəna görə Azərbaycanın dövlət başçısı tərəfindən kəskin tənqid olunub və bu, fransız siyasətçilər üçün aşkar biabırçılıqdır. Daha sonra isə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev "VKontakte" hesabında Makronun Rusiyanı Ermənistan-Azərbaycan sərhədində vəziyyəti qızışdırmaqla bağlı ittiham etməsinə cavab olaraq bildirib: "Makron əslində Rusiyanı günahlandırmadı, əksinə, özünə haqq qazandırdı. Fransanın özünün 1960-cı illərin sonundan bəri keçmiş müstəmləkələrində necə davrandığını xatırlamaq lazımdır. O, Fransanın Ermənistanı nə qədər çox sevdiyini şiddətlə deyir. Bununla o, müdrik və nəcib görünməyə çalışır. Son açıqlama açıq-aşkar erməni diasporunun rəğbətini qazanmağa hesablanıb”. “İyrənc müstəmləkə keçmişi, hazırda isə açıq-aşkar amerikapərəst mövqeyi üçün - (C'est une honte) ayıb olsun, cənab prezident!", - Medvedev hər iki dildə vurğulayıb.
Belə cəfəngiyyatla Fransa prezidenti rəhbərlik etdiyi ölkəni Qafqazdan uzaqlaşdırıb. Bu,öz yerində. Üstəlik, siyasətdə makronizm Fransanın imicinə mənfi mənada güclü zərbə endirib. Üçüncüsü, daha Ermənistanın Fransa adlı havadarı yoxdur. Ona görə ki, Azərbaycan onun regiona uzanan əl-qolunu bağlayıb. Nəhayət, əgər Makronda bircə faizlik siyasətçi dərrakəsi varsa, o, Azərbaycandan üzv istəyib, səhvini boynuna almalıdır. Əks təqdirdə, o, artıq siyasi ölüdür. Axı, bütün dünya onun fəaliyyətini izləyir və qiymətləndirir. Sözünü tez-tez dəyişənlərə, indiki məqamda makronizmə beynəlxalq aləmdə nə hörmət var, nə də etibar! Bu, sadəcə axmaqlıqdır!
Novruz Novruzbəyli
Azad VP-nın Siyasi Şurasının sədri

Oxşar məqalələr