Hər bir xalqın ana dili onun varlığının ən başlıca göstəricisi, özünütəsdiqidir. Ana dili
xalqın, millətin özünəməxsusluğunu, tarixi keçmişi və mədəniyyətini, dünyagörüşünü
özündə daşıyan, əsrlərdən-əsrlərə çatdıran əvəzsiz milli sərvətdir.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ana dilinin böyük qayğıkeşi və
hamisi idi.Ulu Öndərin sarsılmaz iradəsi və ciddi səyləri ilə 1978-ci il Azərbaycan
SSR-nin Konstitusiyasına “Azərbaycan SSR-nin dövlət dili Azərbaycan dilidir”
maddəsinin daxil edilməsini xüsusi qeyd etmək lazımdır.
Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış və 12 noyabr 1995-
ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Azərbaycan Respublikasının
Konstitusiyasına “Dövlət dili” adlanan ayrıca maddə daxil edildi.Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin böyük önəm verdiyi dil siyasəti Prezident İlham
Əliyev tərəfindən uğurla davam etdirilir.Müasir Azərbaycan ədəbi dili siyasi-ictimai
elmi-mədəni sahələrdə geniş işlənmə dairəsinə malik yüksək yazı mədəniyyəti olan
və daim söz ehtiyatını zənginləşdirən bir dildir.Beləliklə, bütün bu deyilənlər müstəqil
Azərbaycan Respublikasında ana dilinə dövlət səviyyəsində böyük diqqət və qayğı
göstərildiyini bir daha təsdiqləyir.
Hələ sovet dövründə ana dilimizin qorunması və inkişaf etdirilməsi, Azərbaycan
dilinin dövlət dili statusunun təmin edilməsi ilə bağlı ümummilli lider Heydər Əliyev
tarixi faktlar gerçəkləşdirmişdi. Məhz Ulu Öndərin qayğı və diqqəti nəticəsində o
dövrdə Azərbaycan dili ölkəmizdə dövlət dili kimi rəsmiləşmişdi.
Dahi şəxsiyyət, ümummilli lider Heydər Əliyevin səyi və təşəbbüsü ilə 1978-ci il
aprelin 27-də Azərbaycan SSR Konstitusiyasına “Azərbaycan SSR-nin dövlət dili
Azərbaycan dilidir” maddəsi yazılıb. Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasına
Azərbaycan dilinin dövlət dili kimi daxil edilməsi və təsbit olunmasından sonra
Azərbaycan dilinin istifadəsində və inkişafında yeni mərhələ başladı. Ulu öndər
Heydər Əliyevin milli dil quruculuğu sahəsində gördüyü işlər həm miqyası, həm də
məzmunu etibarilə müqayisəsizdir.
Güldəstə Abuzərova
Masallı Dövlət Regional Kollecinin tələbəsi