AXTAR

Güləşçilərlə görüş

gwlesh

İdman gələcək nəslin sağlam genofondunun təməlində ən önəmli vasitələrdəndir. Bu səbəbdən ölkəmizdə idmanın dəyəri hər zaman yüksək qiymətləndirilir, gənclərin müxtəlif idman növlərinə yiyələnmələri, asudə vaxtlarının səmərəli keçirmələri və peşəkar səviyyədə idmanla məşğul olub uğurlu kariyeraya sahib olmaqları üçün hər bir şərait yaradılır. Ölkəmizdə idman sahələrinin hər birinə xüsusi diqqət ayrılır ki, bunlar içərisində güləş mühüm yer tutur. Bu gün əldə edilən uğurların təməlində gənc nəsilin vətənpərvərlik ruhunda yetişdirilməsinin vacibliyini vurğulayan dövlət başçımız bildirmişdir: "Gənc nəsil mütləq vətənpərvərlik ruhunda tərbiyə almalıdır, milli dəyərlər əsasında tərbiyə almalıdır və Azərbaycan dövləti buna nail olmaq üçün bütün imkanlardan istifadə edir. Bir neçə gün əvvəl Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş Avropa çempionatında güləşçilərimiz böyük qələbə ilə Vətənə qayıtmışlar. Belə ki, 16 medal qazanmış idmançılar bir daha Azərbaycanın idman şöhrətini yüksəklərə qaldırmışlar. İdman sahəsində əldə edilmiş nailiyyətləri hər zaman yüksək qiymətləndirən cənab Prezident İlham Əliyev Aprelin 8-də Güləş üzrə Avropa çempionatında iştirak edən Azərbaycan millisinin üzvlərini qəbul edib. Cənab Prezident çıxışında bu tarixi uğuru yüksək qiymətləndirərək bildirmişdir: "Həm gənclər, həm böyüklər arasında Avropada birinci yeri tutmaq böyük nailiyyətdir və bu onu göstərir ki, güləşdəki ənənələrimiz yaşayır və güclü gənc nəsil yetişir. Əldə olunan uğurlar ölkəmizin və idmanımızın beynəlxalq nüfuzunu artırır". Zəfər qazanmış ölkənin idmançılarının bu uğurları təqdirəlayiqdir. Çünki rəşadətli Azərbaycan ordusunun döyüş meydanındakı uğurunun davamını biz beynəlxalq arenada qazanan idmançılarımızdan görürük.
Ölkə təmsilçilərinin qələbəsindən sonra dövlət bayrağının qaldırılması, himninin səsləndirilməsi 44 günlük müharibəni qələbə ilə bitirən Azərbaycanın hər bir vətəndaşı üçün qürurvericidir. Bu gün igid oğullarımızın tarixi zəfər ilə qürurlanarkən, idmançılarımızın da öz vəzifələrini layiqincə yerinə yetirərək bizi davamlı qələbə sevincini yaşatdıqları üçün təşəkkür edirik.

Qoşqar Əliyev

Masallı rayon Təzə Alvadı kənd sakini

Oxşar məqalələr