AXTAR

Masallıda 31 mart Azərbaycanlıların Soyqırımı Günü və Ramazan ayının başlanması ilə əlaqədar tədbir keçirilib

mas
Masallı şəhəri Heydər Əliyev Mərkəzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsi, Masallı Rayon İcra Hakimiyyəti və Qafqaz Müsəlmanları İdarəsinin Masallı rayonu üzrə qazılığının birgə təşkilatçılığı ilə pandemiya qaydalarını gözləməklə 31 mart Azərbaycanlıların Soyqırımı Günü və Ramazan ayının başlanması ilə əlaqədar tədbir keçirilib.

Tətbirdə DQİDK Masallı bölgəsi üzrə şöbəsinin müdiri Elvin Hüseynli,Qafqaz Müsəlmanları İdarəsinin Masallı rayonu üzrə qazısı Rəşid Talıbov, Masalı rayon icra hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini- dini işin təşkilatçısı Abbas Abbaszadə, KİV nümayəndələri, dini icma sədrləri və din xadimləri iştirak edib.

Tədbirdə Vətən müharibəsi şəhidləri xatirəsi yad edilib.

DQİDK Masallı bölgəsi üzrə şöbəsinin müdiri Elvin Hüseynli çıxışında bildirdi ki, 1918-ci ildə Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hcıqqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azarəbaycanlılara qarşı soyqırımı törədiblər. Mart qırğınları zamanı ermənilər bir çox qədim binaları, tarixi abidələri, ziyarətgahları və məscidləri dağıdıblar. Natiq daha sonra qeyd etdi ki 1918-ci il martın 26-da ümummilli lider Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” fərmana əsasən 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunduğunu diqqətə çatdırıb.

Qafqaz Müsəlmanları İdarəsinin Masallı rayonu üzrə qazısı Rəşid Talıbov qeyd etdi ki, qarşıdan Ramazan ayı gəlir, bununla əlaqədar Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şursası fətva vermişdir. Daha sonra o, Ramazan ayında qarşıda duran vəzifələrdən söhbət açdı.

Əlihwseyn ŞÜKÜROV

Oxşar məqalələr