AXTAR

Azərbaycan torpaqlarının azadlığı fonunda ermənilər “qələbə” çalacaq

Ermənilərə düşmən gərək deyil, onlar özləri özlərinə düşməndirlər, ən qorxulusu da budur

ermənilik

Müharibə bütün dəhşətləri ilə davam edir, amma sona çatmağına az qalıb. Rəşadətli Azərbaycan Ordusu inamla irəliləyir. Şəhərlərimiz və kəndlərimiz bir-birinin ardınca azadlığa qovuşur, torpağımız sinə dolusu nəfəs almağa başlayır. Adətən, bütün müharibələr zamanı hücum edən qoşun hissələrinin arxasında dayaq qoşunları yerləşdirilir. Bizim sülhsevər və zəhmətkeş xalqımızın dayaq nöqtələri quruculuq və abadlıq işləri görən əməkçilərdir. Azad olunan yerlərdə dərhal düşmənin dağıtdıqlarının bərpasına başalnılıb. Çünki yaratmaq və yaşamaq eşqi xalqımızda və dövlətimizdə çox güclüdür.
Düşmən geri çəkilir, özü də addım-addım yox, “dabanına tüpürüb” qaçaraq, nəfəsi tövşüyə-tövşüyə, dili bayırda ləhləyə-ləhləyə və qanı tökülə-tökülə. Bütün dünya, mhərbi ekspertlər, mütəxəssislər, siyasilər Azərbaycanın uğurlu hərbi taktikasından, yeni silahların inamla tətbiqindən, ruh yüksəliyindən, vətən eşqindən ağızdolusu və heyrətlə danışır. Amma bir düşməndən-ermənilərdən başqa. Yox, məlum məsələdir ki, düşmənimiz bizi vəsf etməli deyil. Ancaq bir həqiqət var ki, artıq onlar ay yarım əvvəlki təmas xəttindən 50-150 kilometr geri qovulublar və dayanmadan da geriləyirlər. Ancaq İrəvan mətbuatında yazırlar ki, “Qələbə bizimlədir!”.
Xaçatur adlı müəllifin qələmə aldığı “armenianreport.com” saytında dərc olunan məqaləsində deyilir ki, “fəxr etməyə nə isə var-erməni ruhunun gücü, onunla heç bir dron bacara bilməz!”. Bax, bu məsələdə Xaçaturla razılaşmamaq olmur. Həqiqətən dronlar ruhla bacarmazlar. Problem də elə bundadır. Çünki ermənilər ruhən xəstədirlər və onların düşməni “ermənilik”lə zəhərlənmiş ruhlarıdır. İşğal edilmiş Azərbaycan torpaqlarının uzun müddət əsarət altında qalmasının əsas səbəbi də bununla bağlıdır. Çünki yüksək humanist dəyərlərin daşıyıcısı olan Azərbaycanlı ruhu heç bir halda qan tökmək istəmirdi. Haqqın, ədalətin bərpasına sülh yolu ilə, problemə anlaşıqlı yanaşaraq həll etmək istəyirdi. Xəstə erməni ruhu bizə mane oldu. Elə bilirsiniz ki, bizim davamız təkcə torpağımızın azadlığı, qürurumuzun təsdiqi, xalqımızın və dövlətimizin şərəfi üçündür?! Bu meyarlar əsas olmaqla, bizim mübarizəmizin məqsədi daha genişdir. Biz azadlıq və qürurumuzla yanaşı “ermənilik” virusuna qarşı da mübarizə aparırıq, özümüzü bu virusdan qoruyuruq.
Prezidentimiz İlham Əliyevin müharibədə ordumuza komandanlıq edə-edə dünyanın dörd bir yanından gələn jurnalistlərə necə əhatəli və döyüşkən müsahibələr verməsini hamı təsdiqləyir. Gərgin zaman daxilində bu, sadəcə, müsahibə deyil, dünya ictimaiyyətinə erməniliyin mahiyyətini və dəhşətli virus olduğunu izah edən mükəmməl dərsdir. İş burasındadır ki, bəzən erməniliyin təsiri altına düşən və qərəzli suallarla Azərbaycanın dövlət başçısına müraciət edən jurnalistlər də öz taktikaları ilə erməniliyin ifşasına şərait yaradırlar. Nəticə də o olur ki, dünya xalqları əsl həqiqəti öyrənir və gözlərini açıb ətraflarını seyr edəndə erməniliyin onları hörümçək toru kimi bürüdüyünü görürlər. Təsadüfi deyil ki, Rusiya saytlarında “İlham Əliyev dünyada erməniliyin əsaslarını məhv edir” yazılır. Çünki bu zəhərdən onlar da zülüm çəkirlər.
Tezliklə müharibə bitəcək, ermənilər döyüşlərdə tam məğlub olacaqlar. Azərbaycan torpaqları azadlığın şirin dadını duyacaq. Ancaq bizim qələbənin bir bəhrəsi də o olacaq ki, düşmən ermənilər də qalib sayılacaqlar. Ona görə ki, onları zəhərləyən “ermənilik” virusu mutasiyaya uğrayacaq və xarakterini dəyişməli olacaq. Çünki ermənilər özləri anlayacaqlar ki, onlar hansı yola düşüblər. Döyüşlər zamanı əsgərlərimizə əsir düşən ermənilərin dediklərini diqqətlə analiz etmək gərəkdir. Gənc erməni oğlan deyir ki, Azərbaycan əsgərinin mənə qardaş deməsindən donub qaldım. Sonra həmin azərbaycanlı əsgərin silahsız vəziyyətdə erməni hərbçinin qarşısında dayanıb “bizim məqsədimiz sizi öldürmək deyil, indi istəyirsən məni öldür, ya da silahı aşağı salıb gizləndiyin yerdən çıx” deməsi düşməni, eyni mzamanda erməniliyin əsirini sarsıdır və o, azərbaycanlıya əsir düşməyə qərar verir. Bununla da ermənilik böyük zərbəyə məruz qalır. Nəticədə ermənilər erməniliyə qalib gələrək ondan qurtulacaq və pislikdən, “dənizdən dənizə böyük Ermənistan" kimi”saxta xülyalardan xilas olacaqlar. Azərbaycanın haqq mübarizəsi Ermənistan əhalisinə də azadlıq bəxş edəcək.
N.NOVRUZ

 

Oxşar məqalələr