AXTAR

Ermənistanın cəbhədəki məğlubiyyəti hamıya məlumdur

Paşinyan, sadəcə, siyasi hakimiyyətini itirməmək üçün “vuruşur”

müharibə

Ermənistanın Azərbaycan qarşısında hərbi məğlubiyyəti artıq bütün ölkələrin siyasi dairələrinə məlumdur. 2,5 milyard dollarlıq silah-sursatı məhv edilən cırtdan bir ölkə belə güclü zərbə aldıqdan sonra müharibəni davam etdirə bilərmi? Az-çox savadı, dünyagörüşü və təcrübəsi olan insan üçün yox. Ola bilər ki, hansısa sadəlövh və ya höcət biri bu iddianı qəbul etməsin. Amma fakt faktlığında qalır. Mütəxəssislərin, hərbi ekspertlərin rəyinə və qiymətləndirməsinə görə itirilən hərbi sursatın yerini doldurmaq üçün Ermənistana 25 il vaxt gərəkdir. Bu da ki, mümkün olan iş deyil. Çünki, bu ölkə acından ölməmək üçün çalışır, daha silah almağa vəsaiti hardan alsın. Erməni lobbisi və diasporu isə nə qədər kömək etsə də, hər bir halda bir-iki günə 2,5 dollarlıq silah tədarükü görə bilməz. Deməli, məsələ aydındır.
Düşmən ölkənin baş naziri iki dəfə “rəhbərlik” etdiyi əhaliyə məğlub olduqlarını çatdıərmaq istəyib. Amma ermənilik zəhəri içmiş kütlə hələ ki, bu acını qəbul edə bilmir. Paşinyan da məcbur olub kütlənin arxasınca sürünür. Bir neçə gün əvvəl Ermənistan silahlı qüvvələrinin cəbhədə ağır məğlubiyyətə uğradığını etiraf edən baş nazir bildirmişdi ki, istəmədikləri halda ağır kompromislərə getməyə məcburdurlar. O, bununla əhalinin rəyini öyrənməyə çalışmışçdı. Amma dünyanın bütün mütəfəkkirlərinin təsdiqlədiyi kimi kütlə şüursuzdur. Yəni, bizim bir məsəldə deyildiyi kimi, “bir dəli bir quyuya daş atdı, amma yüz ağıllı yığışıb onu çıxara bilmədi”. Ermənistanda daha iki il əvvəlki vaxt deyil. Ölkədə, başda Paşinyan olmaqla elə bir şəxs yaxud vəzifə sahibi yoxdur ki, onun sözü ilə xalq hansısa tərəfə hərəkət etsin. Hamısı nüfuzdan düşüb, çünki xalq üçün yox, əcnəbi ağaları və özləri üçün işləyiblər. İndi erməni xalqı başıpozuq kütləyə çevrilib və yalnız ermjəniliyin xəstə təxəyyülü ilə hərəkət edirlər. Bu səbəbdəndir ki, Paşinyanın əhalinin “nəbziniu yoxlamaq” testinə dərhal Qraç Tomosyan adlı yazar baş nazirin əleyhinə yanıqlı bir məqalə həsr edərək xalqın adından deyir ki, yox, erməni xalqı heç bir güzəştə hazır deyil. “Axı, siz bizim Ali Baş Komandanımızsınız, artıq birinci dəfə olmadığı kimi əmr edin, vətənin minlərlə qoçaq müdafiəçisi ardınızca gələcək” deyə, Poqosyan pafosla bildirir. Görünür, bu pafosun nəticəsidir ki, Paşinyan və ətrafı könüllü dəstələrin yaradılması, qadınların hərbçi paltarı geyinib cəbhəyə yollanmaları haqda şağırışlar edib. Amma “oxları daşa dəyib”. Rəsmilər minlərlə yox, cəmi iki minlik bir dəstə yaradıb cəbhəyə göndərməyi planlaşdırıblar, ancaq cəmi 300 nəfər toplaya biliblər. Baş nazir olan ərindən guya dəstək olmaq həvəsinə düşən Anna Akopyan da ortaya atılanda minlərlə qadının cəbhəyə getmək arzusunda olacağını zənn edirdi. Amma onun ətrafına vur-tut 13 qadın toplaşıb və bu qüvvə ilə o, cəbhədə vuruşaraq qalib gələcəkləri barədə nağıllar uydurur.
Bu faktlar göstərir ki, cəbhədəki məğlubiyyəti Paşinyan artıq qəbul edib. Amma siyasi hakimiyyətdəki məğlubiyyətini etiraf etmək fikrində deyil və hakimiyyətdə qalmaq onun həm özünün, həm də əcnəbi təlimatçılarının ümdə arzusudur. Bütün bunların fonunda Ermənistanın siyasi həyatı olduqca təzadlı duruma düşüb. Azərbaycan Ordusunun qələbələri, işğalçıların torpaqlarımızdan qovulması, bir tərəfdən erməni xalqının xeyrinədir. Belə ki, onlar sorosçuların fitnəsindən qurtula, Azərbaycan və Türkiyə ilə kommunikasiya vasitələrinin, yolların açılması sayəsində sosial vəziyyətlərini yaxşılaşdıra bilərlər. Digər tərəfdən, ermənili düşüncəsinin girovunda olduqlarından “işğalçı” kimi bədnam addan qurtulmalarını, Azərbaycana görə düşdükləri iqtisadi blokadaya son qoyulmasıni dərk edə bilmirlər.
Daha bir məsələ, ondan ibarətdir ki, Rusiyadan Ermənistana hər gün müasir silahlar daşınır, anbarlara, hərbi mpoliqonlara, Rusiyanın Gümrüdəki hərbi nazasına yığılır. Bu amil də erməniləri aldadır. Onlar düşünürlər ki, vəssalam, daha silahlarımız var və vuruşmağa davam edə bilərik. Ancaq onlar unudurlar ki, silahların göndərildiyi ölkənin güclü lideri, Rusiyanın prezidenti Vladimir Putin lap bu günlərdə bildirib ki, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək hüququ var. Belə olan təqdirdə, aydın başa düşülməlidir ki, Rusiya Azərbaycanın haqq işinin qarşısını almağa yardım etməyəcək. Bəs, onda bu silahlar niyə daşınır? Yəni, ölkə prezidentinin xəbəri olmadan bu cür silahların Ermənistana daşınması mümkündürmü? Çətin! Çox güman ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə yanaşı Rusiya Ermənistanda yeni hərbi bazalarını yaradır və bu iş Azərbaycan Ordusu düşmən üzərində qələbəni elan edəndən sonra faş olacaq. Qoy, ermənilər sevinməsinlər. Azərbaycanın dövlət başçısının Ermənistan baş naziri haqqında kəskin ifadələr işlətməsi onun bu cür korazehinliyinə görədir. Bu adam dərk edə bilmir ki, onu və ölkəsini qarşıda nələr gözləyir. Əgər o, tezliklə və könüllü surətdə Ermənistan qoşunlarını Azərbaycandan qeyd-şərtsiz çıxarmasa, hakimiyyətdən öz arzusu ilə çəkilib getməsə, onun axırı çox faciəli ola bilər. Onda nə Sorosun, nə də sorosçuların bu adamı xilas etməyə gücü çatmayacaq. Paşinyan dərk etməli və deməlidir ki, “Qarabağ Azərbaycandır və nida!”.
N.NOVRUZ

Oxşar məqalələr