Azərbaycanın dərman ixrac edəcəyi əsas ÖLKƏLƏR
Azərbaycan-İran birgə əczaçılıq zavodu hər il 100 milyon dollar həcmində dərman ixrac edəcək.
Bunu "Caspian Pharmed" zavodunun təməlqoyma mərasimindən sonra İranın əmək və sosial rifah naziri Əli Rəbii deyib.
Onun sözlərinə görə, ilk müddətdə dərmanların Rusiya, Qazaxıstan və Gürcüstana ixracı planlaşdırılır.
Nazir deyib: "Bir müddət Azərbaycan dərmanları idxal edəcək, amma zaman keçdikcə idxal azalacaq və ölkə özünü dərmanla təmin edə biləcək".
İran tərəfi ümumi dəyəri 20,6 milyon dollar olan layihəyə 11 milyon dollar investisiya yerləşdirəcək.
Ə.Rəbii onu da bildirib ki, İranla Azərbaycan arasında sənaye, turizm, nəqliyyat və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi planlaşdırılır. (Trend)
VİDEO: Evdə dərman necə saxlanılmalıdır?
Apteklərdə dərmanlar təlimatina uyğun saxlanılsa da, ev şəraitində çox vaxt buna əməl edilmir -ya bütün dərman vasitələri eyni qabda saxlanılır, ya da düzgün temperaturda olmasına əhəmiyyət verilmir.
VİDEO: Uşaqlar arasında təhlükəli virus yayılıb - DİQQƏT!
Goranboyda 50-dən çox uşaq kəskin respirator virusuna yoluxub. Təkcə dünən 10-dan artıq belə fakt aşkarlanıb. Uşaqlarda əsasən halsızlıq və yüksək hərarət hiss edilib.
Daha çox məqalə...
4 -dən səhifə 6