AXTAR

Azərbaycanlı həkimin elmi məqaləsi Türkiyədə işıq üzü gördü

sevil

Həkim-hematoloq Sevil Cəlil


Azərbaycan Talassemiya Mərkəzinin gənc hematoloqu Sevil Cəlil Türkiyə Cümhuriyyəti, İstanbul Tibb Universitetinin Tibb Fakultəsində “Hematoloji-Onkoloji Tezli Yuksek Lisans” üzrə doktorontura təhsilini bitirib və hazırda elmi tezislərinin elmi şurada müdafiəsinə hazırlaşır. 2014-cü ildən başlayaraq “2nd International Conference “Actual Problems of Thalassemia” (Bakı), “Ulusal Aferez kursu”, “VIII International Eurasion Hematology Oncology Congress”, “Hematopoetik Kök Hücre Nakli Kursu”, “Klinikte Kan Bilesenleri Kullanimi Egitim Sempozyumlari”, “14th International Conference on Thalassemia and Other Haemoglobinopathies Ϩ 16th TIF Conference for Patients and Parents” Yunanıstan, “IV HEVES. Hemofili Vakalarla Egitim Sempozyumu” Antalya və bir çox digər elmi məclislərdə fəal iştirak edən gənc tədqiqatçı 2017-ci ildən Türkiyə Hemotoloji Dərnəyinin üzvüdür.
Bu günlərdə Sevil Cəlilin “Turkish Journal of Hematology” elmi jurnalinda “Sumuk iliyi transplantasiyası olan pediatrik xəstədə CMV infeksiyasının mualicəsində spesifik T huceyre istifadəsi” adlı məqaləsi dərc olunub. Talassemiyalı xəstənin mualicəsi zamanı bu istiqamət Turkiyədə ilk dəfə tədqiq və tədbiq olunur. İnşallah, çox keçməz gənc həkimlərimiz bu istiqamətdə müalicəni ölkəmizə də gətirərlər. Qazandığı uğurlara görə Sevil həkimi təbrik edir və ona elmi işində yni nailiyyələr arzulayırıq.
İKSmedia.az

Oxşar məqalələr