AXTAR

ÜST-dən MÜHÜM çağırış – Azərbaycanın verəcəyi QƏRAR

İksmedia Musavat com-a istinadən xəbər verir ki,Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus İspaniya Baş naziri Pedro Sançezin gəncləri sosial medianın “zəhərli dünyasından” qorumaq çağırışını dəstəkləyib və yaş məhdudiyyətlərinin tətbiq olunmasına çağırıb.

ÜST rəhbəri uşaqları qorumaq üçün sosial şəbəkələrdə yaş məhdudiyyətinə  çağırıb

ÜST direktoru müraciətində yazıb:

“Platformalar uşaqların təhlükəsizliyini və sağlamlığını qoruyan şəkildə hazırlanmalı və idarə olunmalıdır. Onun sözlərinə görə, bununla yanaşı, “real yaş məhdudiyyətlərinin tətbiqi” vacibdir. Qebreyesus əlavə edib ki, “sosial medianın tənzimlənməsi və hesabatlılığı vacibdir”.

ÜST rəhbərinə görə, faktlar göstərir ki, uşaqlara zərər yalnız sosial mediadan istifadədən yox, həm də onun necə dizayn edilməsindən qaynaqlanır. Bu baxımdan o, həmçinin, sosial medianın “zərərli və asılılıq yaradan konstruksiyasına” qarşı mübarizə aparmağa və “onları müstəqil nəzarətə tabe etməyə” çağırıb.

ÜST rəhbəri haqlımı? Onun çağırışlarını ciddiyə almaq üçün konkret hansı tədbirlərə ehtiyac var?

Deputat Ceyhun Məmmədov qeyd edib ki, bu məsələ müasir dövrün ən ciddi problemlərindən biridir:

“Əslində bu gün bu, bütün dünyanı narahat edən çox ciddi bir məsələdir. Uzun müddətdir mən özüm də bu barədə çağırışlar edirəm və fikirlərimi tez-tez ictimaiyyətlə bölüşürəm. Hesab edirəm ki, bu çağırış bir qədər də gecikmişdir. Yəni biz çoxdan bu istiqamətdə sistemli işlər aparmalı, bu prosesə ciddi töhfə verməli idik. Çünki müasir dövrümüzün ən ciddi problemlərindən biri sosial mediadan asılılıqdır. Təkcə uşaqlar və yeniyetmələr deyil, hətta böyüklər belə bu asılılıqdan ciddi çətinlik çəkirlər. Sosial medianın yaydığı yalan və zərərli xəbərlər insan psixologiyasına mənfi təsir göstərir. İnformasiya bolluğu, manipulyativ məzmunlar, aqressiya və qorxu yaradan paylaşımlar cəmiyyətin ruh halına birbaşa təsir edir. Eyni zamanda zərərli məzmun və kontentlər də bu məsələdə mühüm rol oynayır və xüsusilə formalaşmaqda olan gənc nəslin dünyagörüşünə, davranışına və psixoloji vəziyyətinə ciddi təsir göstərir”. 

Ceyhun Məmmədov: "Dünya yeni iqtisadi böhranın astanasındadır"

Millət vəkili bildirib ki, bu istiqamətdə bir neçə mühüm xətt üzrə iş aparılmalıdır:

“Birinci – zərərli məlumatların və məzmunların qarşısı qəti şəkildə alınmalıdır. Məsələn, “Mavi balina” kimi təhlükəli oyunlar var ki, bunlar uşaqlara və yeniyetmələrə son dərəcə mənfi təsir göstərir, onları psixoloji təzyiq altına salır və təhlükəli davranışlara yönəldir. Biz gəncləri bu cür təhlükəli oyunlardan və zərərli məzmunlardan qorumalıyıq. Zərərli kontentə qarşı qadağalar və ciddi məhdudiyyətlər tətbiq olunmalıdır.

İkinci – geniş təbliğat və maarifləndirmə işləri aparılmalıdır. Bu istiqamətdə valideynlər övladlarının tərbiyəsinə daha çox vaxt ayırmalıdırlar. Təəssüf ki, bu gün valideynlərin bir hissəsi özü də sosial mediadan asılı vəziyyətdədir və övladlarına kifayət qədər diqqət ayıra bilmir. Ailədaxili ünsiyyət zəifləyib, canlı münasibətləri virtual münasibətlər əvəz edib. Bu isə uşaqların psixoloji inkişafına mənfi təsir göstərir. Eyni zamanda, məktəblərdə təlim-tərbiyə işləri gücləndirilməli, şagirdlərlə sosial medianın mənfi təsirləri və asılılığın yaratdığı fəsadlar barədə mütəmadi maarifləndirmə aparılmalıdır. Uşaqlar və yeniyetmələr real riskləri anlamalı, rəqəmsal təhlükələr barədə məlumatlı olmalıdırlar”.

Sosioloq Üzeyir Şəfiyev də qeyd edib ki, Azərbaycan bu məsələdə çox gecikib:

“Dəfələrlə bu barədə çağırışlar etmişəm. Amma təəssüf doğuran odur ki, deyilənlər lazımi şəkildə dəyərləndirilmir. Yəni deyilənlərdən nəticə çıxarılmır. Biz əslində çox gecikmişik. Çünki belə tətbiqlərdən əvvəl, yəni sosial şəbəkə tətbiqlərindən əvvəl dövlətin və cəmiyyətin bu tətbiqlərə qarşı immunitetini hazırlayan mexanizmlər düşünülməli idi ki, bunun neqativ yansımalarını zərərsizləşdirmək, qarşısını almaq və cəmiyyəti, dövləti bu neqativ təsirlərdən qorumaq mümkün olsun. Özü də bu təkcə Azərbaycanda deyil, qlobal miqyasda düşünülməli olan məsələ idi”.

Sosial şəbəkələrin ACINACAQLI TRENDİ – Valideynlər niyə övladlarını öz  oyunlarına alət edirlər?

Sosioloqun sözlərinə görə hazırda ailə, məktəb, digər sosial institutlar artıq sosial şəbəkələrə uduzur:

“Sosial media platformalarında influenserlər, bloqerlər canlı yayımlar açaraq cəmiyyətin mənəvi-əxlaqi dəyərlərinə, ailə institutuna zərbələr vururlar və real nəticə də ortadadır. Buna görə də ailə institutları onların təsiri nəticəsində böyük, dərin və proqnozlaşdırılması çətin olan bir böhran içərisindədir. Uşaqlar və yeniyetmələr də həmin influenserləri özlərinə kumir seçirlər. Bu isə onu göstərir ki, ailə və məktəb sosial şəbəkələrə uduzur. Sosial şəbəkələrdə əxlaq zidd paylaşımların qarşısını almaq üçün süzgəc mexanizmləri tətbiq olunmalıdır. Bunun üçün sosial şəbəkələri tənzimləyən ayrıca qanun olmalıdır”.

Sosioloq vurğulayıb ki, bununla bağlı ölkəmizdə qanunvericilikdə müəyyən dəyişikliklər olsa da, müşahidələr göstərir ki, ya qanunların icrasında problemlər var, ya da nəzarət mexanizmləri yetərli deyil.lun

Oxşar məqalələr