AXTAR

31 mart – Azərbaycanlıların Soyqırımı Günü

31mart site
1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif
bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ,
Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlıları kütləvi
şəkildə vəhşicəsinə qətlə yetirmişlər. Rəsmi mənbələrə əsasən, bu soyqırımın nəticəsində 12 minə
yaxın azərbaycanlı amansızcasına öldürülmüş, on minlərlə insan itkin düşmüşdür.
Martın 30-da saat 16.40 radələrində erməni kilsəsinin yanında toplaşan daşnak dəstələri
müsəlmanlara ilk atəş açdılar və soyqırıma başladılar. Martın 31-də səhər tezdən bolşevik-daşnak
dəstələri azərbaycanlılar yaşayan "Kərpicxana", "Məmmədli" və digər Azərbaycan məhəllələrinə
hücum etdilər. S.Şaumyanın xahişi və Leninin xüsusi göstərişi ilə Saritsından göndərilən 2 təyyarə
havadan, hərbi gəmilər isə dənizdən şəhərin azərbaycanlılar yaşayan məhəllələrini bombalamağa
başladılar. Azərbaycan xalqına divan tutmaq üçün əllərinə girəvə düşmüş daşnaklar erməni neft
sənayeçilərinin barjlarında qoyulmuş toplardan Abşeronun şimalındakı kəndləri də atəşə tutdular.
Həmin dəhşətli günlərin gözü ilə şahidi olan Kulner soyadlı bir alman 1925-ci ildə Mart soyqırmı
haqqında bunları yazmışdır.Ermənilər müsəlman (azərbaycanlı) məhəllələrinə daxil olaraq
körpə,qadın,uşaq demədən hamını qılıncala parcalayır süngü ilə deşir onları ağla sığmayacaq
dərəcədə vəhşiliklərlə qətlə yetirirdilər.Onlar uşaqlara rəhm etmədiyi kimi qocalarada rəhm etmirdilər
gənc qadınları diri-diri divara mıxlayırdılar. Qaçıb canını qurtarmağa çalışan əhalini gülləbaran etmək
üçün şəhərin müvafiq yerlərində əvvəlcədə pulemyotlar qoyulmuşdu. Erməni hücumundan sığınmağa
iki min nəfərin yerləşdirildiyi xəstəxananın yandırılması onların göstərdiyi vəhşiliyin, hadisənin
dəhşətinin bir sübutudur. Qırğından bir neçə gün sonra bir çuxurdan çıxarılan 87 azərbaycanlı
cəsədinin qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış vəziyyətdə tapıldı.
Bu hadisələrin dəhşətini göz önünüzə gətirməyiniz üçün 1918-1920-ci illərdə mövcud olmuş
Azərbaycan Demokratik Respublikası hökumətinin, Fövqəladə İstintaq Komissiyasının
materiallarında göstərilir ki:
1998-ci il martın 26-da ümummilli lider Ulu Öndər Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların
soyqırımı haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanında həmin dəhşətli hadisələrə
adekvat siyasi qiymət verilib və 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir. Erməni-
bolşevik silahlı dəstələrinin 100 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə
həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə Azərbaycan
Respublikası Prezidenti 18 yanvar 2018-ci ildə “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi
haqqında” Sərəncam imzalamışdır.
Tarix 74 il sonra yenidən təkrarlandı. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın
Xocalı şəhərində ermənilərin zaman-zaman törətdikləri qanlı qırğınların davamı olan daha bir dəhşətli
soyqırımı baş verdi. Hücum zamanı şəhərdəki 3 min nəfərdən 613-ü, o cümlədən 106 qadın, 63 uşaq
və 70 qoca xüsusi qəddarlıqla öldürüldü, 487 nəfər, o cümlədən 76 uşaq ağır yaralandı, 1275 nəfər
girov götürüldü və insanı alçaldan işgəncələrə məruz qaldı.
Xocalı haqqında həqiqətlərin dünyaya çatdırılması, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi
tanınması üçün Azərbaycan dövləti bütün zəruri addımları atır. Bu sahədə məqsədyönlü fəaliyyət
ümummilli lider Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə qayıdandan sonra başlanıb. Ulu
Öndərin təşəbbüsü ilə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilib, fevralın 26-sı Xocalı Soyqırımı
Günü elan edilib. 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü
ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası bu istiqamətdə təbliğat işində xüsusi
mərhələ təşkil edir. Faciə ilə əlaqədar dəhşətli faktlar bu kampaniya çərçivəsində geniş beynəlxalq
ictimaiyyətə çatdırılır, planetin bütün guşələrində milyonlarla insan erməni millətçilərinin əsl simasına
bələd olur, Xocalı faciəsini soyqırımı kimi tanıyan dövlətlərin, beynəlxalq təşkilatların sayı getdikcə
artır. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, ABŞ-ın iyirmidən çox ştatının icra və qanunvericilik
orqanları Xocalı faciəsini qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləyiblər.
Sonda isə 27 sentyabr 2020 ildə başlayan 44 günlük vətən müharibəsində qələbə çalaraq biz
erməni faşistlərinə qalib gəldik.Beləliklə 8 noyabr 2020 ci il xeyirin şər üzərində qələbəsi çalındı
ədalət öz yerini tapdı.


Murad Muradlı 

Masallı şəhər sakini, gənc könüllü

Oxşar məqalələr