İKSmedia.az saytı Sərhədsiz reportyorlar təşkilatının saytına istinadən xəbər verir ki, mayın 26-da Fransa Milli Məclisinin bir qrup respublikaçı deputatı Eric Ciottinin başçılığı ilə polislərin “müdafiəsi” üçün yeni qanun layihəsi hazırlayıb. Məqsəd polisləri “təhdidlərdən, hücumlardan və döyülməkdən” qorumaqdır. Layihənin mətni ondan ibarətdir ki, jurnalistlər birbaşa yayım zamanı küçədə kadrlara düşən polislərin görüntülərini görünməz etməlidirlər. “Sərhədsiz reportyorlar” (RSF) təşkilatının fikrincə, bu qanun qəbul edilərsə, ölkədə mətbuat azadlığına böyük zərbə vurulacaq, çünki polis haqda məlumatların ictimaiyyətə çatdırılmasının məhdudlaşdırılmasına birbaşa təsir edəcək. Bu səbəbdən təşkilat respublikaçıların təqdim etdikləri layihənin gündəliyə salınmamasını və müvafiq komissiyada müzakirəyə çıxarılmamasını parlamentdən xahiş edib.
Vətəndaşların məlumat almaq hüququ jurnalistlərdən polisin davranışları barədə məlumat toplamağı və yaymağı tələb edir. Təqdim edilən yeni prosedurda isə jurnalistlərin polis qüvvələrinin fəaliyyət göstərdiyi, cəmiyyət üçün birbaşa maraq doğuran hadisələrin canlı yayımlanamasına mane olacaq.
Bundan başqa, canlı yayımlanan görüntülərdə, xüsusən də çoxsaylı görüntü elementlərinin hərəkəti zamanı videoda onların görünməz edilməsi texniki cəhətdən çox mürəkkəbdir, əksər hallarda isə mümkün deyil. Buna görə medianın polisin üzünü açıq göstərən canlı reportajlar hazırlaması çox çətindir və cəmiyyəti polisin iştirakı ilə baş verən hadisələr barədə mümkün qədər birbaşa məlumatlandırmaq, qanun qəbul edilərsə, böyük problemə çevriləcək.
“Sarı gödəkçəlilər” hərəkatının və pensiya islahatlarına qarşı çıxanların nümayişlərindən sonra Fransada polisə inamsızlıq hissi artıb. “Sərhədsiz reportyorlar” 13 jurnalistlə birlikdə, 2019-cu ilin dekabrında “sarı gödəkçəlilər” nümayişlərində polis zorakılığını təhqiq etmək üçün şikayət edib. Həmin nümayişlərdə polis həddini aşaraq jurnalistlərə təzyiq göstərməkdən çəkinməmişdi.
“Mediapart”ın jurnalisti ötən ilin martında Niss şəhərində aktivist Leqay Çenevyevanın polis zorakılığına məruz qalması faktını işəqlandırdığına görə peşə sirrinin açılmasında günahlandırılaraq noyabrın 23-də Milli polisin baş təhqiqat idarəsinə çağırılmışdı.
“SR” təşkilatının hüquq meneceri Pol Koppin sözlərinə görə, layihə qəbul edilərsə, bu, Fransada mətbuat azadlığına böyük zərbə vuracaq. “Bu sui-istifadəyə son qoymaq üçün jurnalistlərin azadlığını məhdudlaşdırmaq yox, polisin davranış qaydalarını dəyişmək və onların hazırlıqlarını yüksəltmək gərəkdir”-deyə, Koppin bildirir.
Fransadakı hazırkı hüquqi baza polisə ictimai yerlərdə onun lentə alınmasına və ya fotoşəklinin çəkilməsinə mane olmağa imkan vermir. Onlar jurnalistlərdən və foroqraflardan şəkillərinin silinməsini, yaxud simalarının görüntüsüz verilməsini tələb edə bilməzlər. Əgər polislər xidməti araşdırmada, terrorla mübarizədə və əkskəşfiyyat fəaliyyətində deyillərsə, üzlərinin gizlədilməsini tələb edə bilməzlər.
SR bildirir ki, bu struktur dəyişilməz qalmalıdır. Buna görə də jurnalistlərin hüquqlarını məhdudlaşdıran yeni layihə, ümumiyyətlə, müzakirəyə təqdim edilməməlidir. Qeyd etmək yerinə düşçər ki, mətbuat azadlığına görə, insan hüquqlarının “vətəni” sayılan Fransa SR-ın 2020-ci il hesabatında dünyada 34-cü yerdədir
İKSmedia.az