AXTAR

Ceyhun Bayramov: Fransanın bir sıra universitetlərində Azərbaycan dili tədris olunur

ceyhun bayramov

 

Azərbaycan ilə Fransa arasında təhsil sahəsində çox geniş əlaqələr var.
Təhsil nazirinin müavini Ceyhun Bayramov AZƏRTAC-a müsahibəsində deyib ki, iki ölkə arasında təhsil sahəsində önəmli layihələr reallaşdırılır. Bir neçə il öncə Azərbaycanda Fransız liseyi açılıb və bu təhsil müəssisəsi hazırda uğurla fəaliyyət göstərir. Eyni zamanda, ölkəmizin 314 ümumtəhsil məktəbində, 11 ali təhsil müəssisəsində yaradılmış “SABAH” qruplarında və 314 ümumtəhsil məktəbində fransız dili tədris edilir. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 126 azərbaycanlı gənc Fransanın nüfuzlu universitetlərində təhsil almaq imkanı qazanıb.
Azərbaycan Prezidenti İlham Əliyev və Fransa Prezidenti Fransua Ollandın birgə təşəbbüsü ilə həyata keçirilən Fransız-Azərbaycan Universiteti (UFAZ) layihəsinin əhəmiyyətindən bəhs edən C.Bayramov UFAZ-da magistratura səviyyəsində təhsilin təşkil olunmasının nəzərdə tutulduğunu söyləyib.
Nazir müavini Fransada Azərbaycan tarixinə, mədəniyyətinə maraq olduğunu, bu ölkənin bir sıra universitetlərində Azərbaycan dilinin tədris edildiyini bildirib.

Oxşar məqalələr