AXTAR

Bakıda ikinci türk şeir gecəsi keçiriləcək

turk sheir gecesi

 

Fevralın 14-də Nizami Kino Mərkəzində “Xəzərdə eşqin səsi” adlı ikinci türk şeir gecəsi keçiriləcək.
Mədəniyyət və Turizm Nazirliyi və Bakı Yunus Əmrə İnstitutunun təşkilatçılığı ilə baş tutacaq gecədə teatr sənətçiləri tərəfindən türk və Azərbaycan dillərində şeirlər səsləndiriləcək, “Savalan” musiqi qrupu və müğənni Lalə Məmmədova səhnə alacaq.
“Söz” ədəbi layihəsi çərçivəsində təşkil ediləcək gecədə Yunusdan Mövlanəyə, Orxan Vəlidən Abdurrəhim Karakoça, Nəsimidən Şəhriyara, Mikayıl Müşfiqdən Hüseyn Cavidə dilimiz, tariximiz və gələcəyimiz bir olan qardaş Azərbaycan və Türkiyə xalqının ədəbi zənginliyi görüşəcək.

Oxşar məqalələr