AXTAR

640 min dollarlıq balıq

tuna 640

 

Tokiodakı məşhur Çukuzi bazarında cari ilin ilk hərraclarında nəhəng mavi tuna balığı 74,2 milyon yenə (təqribən 640 min dollara) satılıb. Bu, əsrin əvvəllərindən indiyədək ikinci ən yüksək qiymətdir.
Aomori prefekturasının sahillərində tutulan həmin balığın çəkisi 212 kiloqrama bərabərdir.
Bu günədək həmin hərraclarda ən bahalı balıq 2013-cü ildə satılıb və onun qiyməti 155 milyon yenə (həmin vaxtın məzənnəsi ilə 1,3 milyon dollar) bərabər olub.
Ötən il isə ilk hərracda satılan tuna balığının qiyməti 14 milyon yen (117 min dollar) təşkil etmişdi.
Yaponiyada tuna balığının ilk hərracı Yeni il bayramından sonra ölkənin işgüzar həyatı barədə fikir yaradır. İlin ilk hərracından asılı olaraq ölkə iqtisadiyyatında “əsəcək küləklər”in istiqaməti müəyyən edilir. Bunun hadisələrin sonrakı gedişi ilə təsdiq olunmasından asılı olmayaraq, ilk tuna balığının yüksək qiyməti Yaponiyada yaxşı əlamət kimi qəbul edilir.

Oxşar məqalələr