Türkiyənin məşhur aparıcısı Müge Anlının aparıcısı olduğu «Dadlı Sərt» proqramında film kimi bir həyat hekayəsi ortaya çıxıb. Belə ki, Məkkədə baş verən 1990-cı ildəki faciədə öldü zənn edilən Fahriyyə Karanın yaşadığı ortaya çıxıb. Karanın illərdir Məkkəyə gələn türklərdən yardım istədiyi də məlum olub. Yaşlı bir şəxs tərəfindən saxlanıldığı söylənən Fəhriyyə Karanın harada yaşadığı bilinmir, axtarışlara başlanılıb.
Hənifə Onaran adlı tamaşaçı cari ilin mart ayında və Ramazan ayında Fahriyyə Karanı Nur dağının ətəyindəki gecəqondu səmtindən gördüyünü deyir. Bunu eşidən Karanın qızı gözyaşlarına boğulub.
Hənifə Onaran Fahriyyə Karanın dediklərini tamaşaçılara belə çatdırıb: «Gözümü açdım. Özümü xəstəxana gördüm. Sən bizim oralara oxşayırsan. Mənə kömək et», - dedi. Ürəyim yandı. Kömək etmək istədim, amma İbrahim Hoca mənə izn vermədi. Sonra isə dedi: «Mənə ərimin öldüyünü dedilər. Evləndim. Burda 3 uşağım var. Məni burda saxlayırlar».
Səhəri gün Fahriyyə Karanı təkrar gördüyünü deyən Onaran, sözlərinə belə davam edib: «Qadın «mənə yardım edin», - deyə bağırırdı. Amma çal saçlı bir kişi onu kölgə kimi təkib edirdi».
Verilişin aparıcısı Müge Anlı qadının 12 nəfərdən ibarət dörd qrupla Fahriyyə xanımın izini axtaracaqlarını bəyan edib./faktxəbər