Reynaldo Türkiyəyə gedir - Qurban Qurbanov açıqladı

"Qarabağ"ın futbolçusu Reynaldo Silvanın Türkiyə Super Liqasında mübarizə aparan "Adanaspor" klubuna keçidi yekunlaşmaq üzrədir.
Iksmedia.az newsport.az-a istinadən xəbər verir ki, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov danışıqların yekunlaşmaq üzrə olduğunu deyib:
"Bir neçə klub Reynaldoyla maraqlanmışdı. Amma "Adanaspor"la razılığa gəldik. Sabah agenti İstanbula gələcək və danışıqlar aparacaq. Əgər müsbət yekunlaşsa, Reynaldo sabah tibbi müayinədən keçəcək və rəsmi müqavilə imzalayacaq".







Son çempion “Deportivo”dan ayrılan hollandiyalı hücumçu Ryan Babeli transfer edir.
