AXTAR

Arda Turan Çempionlar Liqasında həftənin oyunçusu seçilib

arda turan

 

Futbol üzrə UEFA Çempionlar Liqasının son turunun ən yaxşı oyunçusunun adı açıqlanıb.

IKSmedia.az AzərTAc-a istinadən xəbər verir ki, bu barədə qurumun rəsmi saytında səsvermə aparılıb. Həftənin oyunçusu adına 58 faiz səs toplayan İspaniyanın “Barselona” klubunun türkiyəli yarımmüdafiəçisi Arda Turan layiq görülüb.
Türkiyə millisinin üzvü qrup mərhələsinin VI turunda “Barselona”- “Borussiya Münxenqladbax” matçında 3 qol və bir məhsuldar ötürmənin müəllifi olub. A.Turanı 17 faiz səslə Robert Levandovski (“Bavariya”) izləyib. Səkkiz faiz səs toplayan Andrey Yermalenko (“Dinamo Kiyev”) isə səsvermədə üçüncü yeri tutub. Siyahıda Kərim Benzema ("Real Madrid"), Andre Silva ("Portu"), Lukas Perez ("Arsenal"), Qonsalo İquain ("Yuventus") və Harri Keyn ("Tottenhem") kimi futbolçular da yer alıb.

Xatırladaq ki, “katalonlar”la Almaniya təmsilçisinin qarşılaşmasında meydan sahibləri 4:0 hesablı qələbə qazanıblar.

Oxşar məqalələr