AXTAR

105 yaşlı velosipedçinin yeni dünya rekordu

robert marchand

 

İKSmedia.az franceinfo-ya istinadən xəbər verir ki, 105 yaşlı fransız velosipedçisi Ğobeğ Mağşan yanvarın 4-də San-Kantin An İvelin departamentinin velodrom şosesində öz yaş dərəcəsində yeni dünya rekordu qazanıb. O, saatda 22,547 km yol qətb edib. Lakin rekordçu qeyd edib ki, daha yaxşısını edə bilərdi. “Mən axırıncı 10 dəqiqənin yazılarını görmədim. Yoxsa daha sürətli hərəkət edərdim”- deyə, o, yarışın sonunda bildirib.
1911-ci ildə Amyen şəhərində anadan olmuş, iki dünya müharibəsindən keçmiş Ğ.Mağşan 67 yaşından velosiped idmanı ilə məşğul olur.

Oxşar məqalələr