DÇ-2018-in seçmə mərhələsində Azərbaycan millisinin rəqibi olan Almaniya yığmasının 2017-ci ildə keçirəcəyi ev matçlarının yerinə aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, Almaniya Futbol İttifaqı (DFB) il ərzində keçiriləcək qarşılaşmaların hərəsinin bir stadionda baş tutmasına qərar verib.
Seçmə oyunları üçün Nürnberq, Ştutqart və Kayzerslautern məqsədəuyğun seçilib. İyunun 10-da San-Marinoya qarşı matçı Nürnberq qəbul edəcək. Norveçlə sentyabrın 1-dəki qarşılaşma isə Ştutqartda baş tutacaq.
Seçmə mərhələnin oktyabrın 8-dəki son oyunu üçün Kayzerslautern seçllib. Bundestim tsikli Azərbaycan yığması ilə matçla başa vuracaq.
Bakı vaxtı ilə saat 23:45-də başlayacaq qarşılaşma “Frits Valter Ştadion”da keçiriləcək. 1920-1985-ci illərdə “Beyzenberqştadion” adlanan arena “Kayzerslautern” klubunun ev oyunlarını qəbul edir. Bu stadion 47 min 500 tamaşaçı tutumuna malikdi.