2016-cı ilin son ayının ən yaxşısı "Mançester Yunayted"in isveçli forvardı Zlatan İbrahimoviç seçilib.
35 yaşlı hücumçu ay ərzində meydana çıxdığı 6 qarşılaşmada 5 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Ayın ən yaxşı qolu nominasiyasının qalibi isə "qırmızı şeytanlar"ın digər futbolçusu Henrix Mxitaryan olub.
Erməni yarımmüdafiəçinin "Sanderlend"lə matçda (3 - 1) vurduğu "əqrəb vuruşu" ən gözəl qol hesab edilib.