Messi ilin ən yaxşı bombardiri olub

MEssi.jpg

İspaniyanın “Barselona” futbol klubunun argentinalı forvardı Lionel Messi ölkə çempionatının 16-cı turunda “Espanyol”la oyunda (4:1) fərqlənməklə ilin ən yaxşı bombardiri olub.

AZƏRTAC xəbər verir ki, 90-cı dəqiqədə komandasının dördüncü qolunu vuran argentinalı cari ildə 51-ci dəfə rəqibləri məyus edib. Beləliklə də Messi “Top-5” liqalarında çıxış edən futbolçular arasında bütün turnirlərdə vurulan qollara görə birinci olub.

2016-cı ildə İspaniya La Liqasında isə “Barselona”nın digər üzvü Luis Suares ən məhsuldar futbolçu olub. Uruqvaylı hücumçu Premyer Liqada 48 dəfə fərqlənib.

Zlatan İbrahmioviç fantastik təklifi rədd etdi

zlatan.jpgÇin klublarından biri təcrübəli futbolçunu rənglərinə bağlamaq istəyib.

"Daily Mail"də yer alan məlumata görə, çinlilər İbraya illik 143 milyon avroluq əmək haqqı təklif ediblər. Ancaq isveçli ulduz bu təklifi dəyərləndirmək istəməyib.

Ardını oxu...

4 -dən səhifə 5

Oxşar məqalələr