“Ermənistan sərhəddə daha genişmiqyaslı hərbi təxribat törətmək niyyətində idi, Azərbaycan əsgərinin ayıq-sayıqlığı onların bu mənfur planlarının qarşısını aldı”
“Ermənistanın siyasi-ictimai və diaspor dairələrində bir sıra sağlam qüvvələrin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə həll edilməsinə yönəlik çağırışları müsbət addımlar olsa da, Ermənistanın siyasi-hərbi rəhbərliyi yenə də hər bir vəchlə danışıqlar prosesinin irəliləməsinin qarşısını almağa çalışır”.
Bunu APA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistanın ictimai-siyasi və diaspora dairələrində münaqişənin həlli ilə əlaqədar səsləndirilən bəyanatlar, Ermənistan rəhbərliyi və xarici işlər nazirinin açıqlamalarına münasibət bildirərkən deyib.
H. Hacıyev bildirib ki, Ermənistan rəhbərliyinin məqsədi münaqişənin həlli və regionda davamlı sülhün təmin edilməsi deyil, Ermənistanın danışıqlarda iştirakı yalnız imitasiya məqsədi daşıyır: “Ermənistan rəhbərliyi Azərbaycana qarşı təcavüz və işğala əsaslanan mövcud status-kovunu saxlamağa xidmət edən siyasət yürüdür. Bütün beynəlxalq ictimaiyyət, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb etsələr də, Ermənistan buna məhəl qoymur və münaqişənin həllinin əsasını təşkil edən bu kimi köklü məsələdən yayınmaq üçün yeni-yeni təxribatlara əl atır”.
İŞİD Türkiyəyə müharibə elan etdi — "Bizim ən qatı düşmənimizdirlər"
İŞİD Türkiyəyə müharibə elan edib.
Ölkə.Az "İndependent" nəşrinə istinadən xəbər verir ki, bu sözləri İŞİD-in liderlərindən biri sayılan Əbu Mutassim deyib.
Tehranda eniş edən sərnişin təyyarəsi alışıb
İranın paytaxtı Tehranın Mehrabad hava limanında sərnişin təyyarəsi təcili eniş zamanı alışıb.
"İRNA" agentliyinin məlumata görə, yanğınsöndürmə xidməti xəbər verib ki, xilasedicilərin gəlişindən sonra Mehrabad hava limanının rəhbərliyi problemin aradan qaldırıldığını və yanğınsöndürənlərə ehtiyac olmadığını bildirib.
Daha çox məqalə...
105 -dən səhifə 135