Ədliyyə Nazirliyi Quba Rayon Məhkəməsində baş vermiş hadisə ilə bağlı məlumat yayıb

nuray-bayramzade-nuray-bayramzade-1.jpg

Ədliyyə Nazirliyi Quba Rayon Məhkəməsində baş vermiş hadisə ilə bağlı məlumat yayıb.

APA-nın xəbərinə görə, Ədliyyə Nazirliyi mətbuat xidmətinin məlumatında bildirilir:

“Sosial şəbəkələrdə Quba rayon icra şöbəsinin icra məmurları tərəfindən ötən ilin dekabrın 7-də yetkinlik yaşına çatmayan Nuray Bayramzadənin xalasından alınaraq atası Ə.Bayramova verilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrası prosesini əks etdirən video-süjet yayımlanıb.

Məlumat üçün bildirilir ki, uşağın anası 2010-cu ildə vəfat etdikdən sonra onu öz qəyyumluğuna götürən xalası M.Eldarova və nənəsi F.Xudaverdiyeva Nurayı atasına verməkdən yayınıb. Bununla əlaqədar Ə.Bayramov 2012-ci ildə Quba Rayon Məhkəməsində iddia qaldırıb və məhkəmənin qətnaməsinə əsasən uşağın atasına verilməsi qərara alınıb, həmin qətnamə həmçinin apellyasiya və Ali məhkəmələrin qərarları ilə qüvvədə saxlanılıb.

Bununla yanaşı, M.Eldarovanın uşağın atasının valideynlik hüququndan məhrum edilməsi barədə məhkəmədə qaldırdığı iddiası isə əsassız olduğundan bütün instansiya məhkəmələri tərəfindən təmin olunmayıb.

Ardını oxu...

103 -dən səhifə 135

Oxşar məqalələr