Sürücüyə eyni radardan 1 saniyə fərqi ilə inzibati xətalar haqqında protokol iki dəfə rəsmiləşdirilib və ünvanına göndərilib.
Sürücü sürət həddini aşıb və radara düşüb. Lakin ona həmin inzibati xətaya görə 1 yox, 2 protokol gəlib. Həm də 1 saniyə fərqlə. Bu halda sürücü hər iki cəriməni ödəməlidirmi? Baş Dövlət Yol Polisi İdarəsi məsələyə aydinliq gətirib.
Sürücü eyni radara 1 saniyə fərqlə 2 dəfə düşdü.
Qeyri-adi hadisə Bakı-Quba yolunun 138-ci kilometrliyində baş verib. Bakı şəhər sakini minik avtomobili ilə həmin yolda hərəkətdə olarkən sürət həddini aşıb və radara düşüb.
Lakin sürücüyə eyni radardan inzibati xəta haqqında protokol 1 saniyə fərqlə 2 dəfə rəsmiləşdirilib və ünvanına göndərilib. Hər protokola görə də ayrıca cərimə tələb edilir.
Baş Dövlət Yol Polisi İdarəsindən bildirildi ki, həmin sürücüyə 2 protokolun tərtib olunması texniki səhv ucbatından baş verib.
Baş Dövlət Yol Polisi İdarəsinini İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevin sözlərinə görə indiyə kimi 2-3 dəfə bu cür hadisə baş verib və sürücülərin müraciəti əsasında protokolardan biri ləğv edilib.
Bu cür hallarda Baş Dövlət Yol Polisi İdarəsinə yazılı və ya şifahi məlumat vermək kifayətdir./http://xezerxeber.az