AXTAR

Kreml İrəvana qarşı hərəkətə keçdi

pashinyan putin

 

Cənubi Qafqazda yayın istisinə paralel sürətdə siyasi qaynarlığın da artması istisna deyil

Ermənistanın Qərb ilə ittifaqa can atması Ermənistanın baş nazirinin fəaliyyəti ilə sübut olunur. Rusiyaya və Qafqaza qənim kəsilən Soros fondunun yetirməsi Nikol Paşinyanın başçılıq etdiyi hökumətdə də əsasən ruslara münasibətdə barışmaz nifrətə malik olanlar cəmləşib. Paşinyan nə qədər maskalanmaq istəsə də Moskvanın göstərişlərinə boyun əyməyəcəyi verdiyi qərarlardan aydın görünür. Cırtdan Ermənistanda 200 nəfərlik kontingentə malik ABŞ səfirliyi, belə görünür ki, yaxşı işləyib. Paşinyan antirus fəaliyyətini davamlı olaraq biruzə verir.
İndi Ermənistanda baş verən hadisələrin regionda ciddi dəyişikliklər edə biləcəyi diqqət mərkəzindədir. Ölkədə sabah nə baş verəcəyini bu gün proqnozlaşdırmaq mümkün deyil. Rusiya Paşinyanın öhdəsindən necə gəlməyi, Qərb onu əlində necə saxlamağın yolunu bilmir. Hər iki tərəf bir-birindən ehtiyat edir. Amma Rusiyanın potensialı böyükdür. Onun bu ölkədəki iki böyük hərbi bazaslna görə Qərb də fəaliyyətini genişləndirməkdə və açıq müstəviyə keçməkdə ehtiyatlı tərpənir. Üstəlik, müxalifətə keçmiş Respublik Partiyası kimi Kremlin əlində dayaqları dağılmayan qüvvə var.
Lakin koloniyanın əsarətdən qurtulması asan başa gəlmir. Həm də özü əsarətdə ola-ola ağasının hesabına başqasının torpağını əsarətdə saxlamaq Ermənistanın müstəqilliyini və həm də Paşinyanın baş nazirliyini təhlükə altına atır. Ermənistanla Rusiyanın arasının dəyməsi isə, ekspertlərin rəyinə görə, Qarabağ münaqişəsində ermənilərin azərbaycanlılarla üzbəsurət qalmasına gətirib çıxara bilər. Bu da yenə ermənilərin sülh yolu ilə yox, biabırcasına Azərbaycandan qaçmalarına gətirib çıxaracaq. İndi başlıca amil Kremlin hansı qərarı verəcəyindən asılıdır. Aydındır ki, bu, ermənilərin Qərbə meyillənməsi ilə üst-üstə düşməyəcək. Kreml artıq Paşinyanın ABŞ prezidenti ilə sentyabr ayına planlaşdırılan görüşünü əngəlləməkdən gedir. Çünki, “dəmiri isti-isti döyməyəndə, sonradan istənilən formaya salq olmur”. Bu səbəbdən vəziyyətin lap yaxın zamanda dəyişməsi göslənilir. Belə bir şəraitdə
Azərbaycanla münasibətlərin Rusiya üçün ön plana keçməsi tamamilə qanunauyğundur. Son iki ayda rusiyalı politoloqların etdikləri şərhlər bunu söyləməyə imkan verir. Məsələn, Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Duqin xüsusi olaraq vurğulayır: “Bir çoxları səhvən hesab edirlər ki, Rusiya ilə Ermənistan arasında tərəfdaşlıq Azərbaycanla münasibətləri pozur. Əslində bu, tamamilə belə deyil, Rusiyanın Azərbaycanla münasibətləri ön plana çıxıb”.
Beləliklə, İrəvan Rusiyanı Qərbə satmaq yolunu tutub. Üzdə isə onlar bunu “Rusiyanın Ermənistandan imyina edib Azərbaycandan yapışmaq” kimi qələmə vermək istəyirlər. Lakin unudurlar ki, Azərbaycan müstəqil siyasət yürüdür, Rusiyaya isə forpost lazımdır.
İrəvanda çıxan “Qraparak” qəzeti bu günlərdə Rusiyadan gələn ilk sarsıdıcı “zərbə” haqda məlumat yayaraq bildirib ki, bu ilin sonunda Ermənistanın Rusiyadan aldığı qazın qiymət üzrə müqavilənin müddəti bitəcək, yeni müqavilədə isə artıq yqni, daha yüksək qiymətlər tətbiq olunacaq: “Rus ekspertlərdən biri bizə dedi ki, Moskva bu qərarın Avrasiya İttifaqı çərçivəsində tərəfdaşı olan İrəvana qarşı dost olmayan yanaşma kimi qəbul edilməməsi üçün Belarus üçün də qiymətləri qaldıracaq. Sonradan Minsk üçün bu qiymət endirilsə də, İrəvan üçün əvvəlki vəziyyətdə saxlanılacaq. Belə ki, Rusiya təkcə yeni hökumətə güvənmir, həm də bir sıra məsələlərlə bağlı Ermənistandan Moskvaya gələn yüksək vəzifəli qonaqları məlumatlandırmaq belə istəmir”. Erməni ekspertlər bu qərarın əksinqilab üçün gözəl fürsət olduğu qənaətindədirlər. Çünki, hazırda İrəvandakı hökumət binası qarşısında maaşlarını ala bilməyən “Nairit” zavodu əməkçilərinin etiraz mitinqi keçirilir, hökumətsə əlacsız şəkildə bu mənzərəni seyr edir. Ona görə ki, əməkçilərin tələblərini yetirmək üçün heç bir maliyyə mənbəyi yoxdur. Belə olan halda qazın artırılmış qiymətlərlə ödənişi necə olacaq, heç kim, o cümlədən Paşinyan özü də bilmir.
Bu tərəfdən də “1 mart” deyilən cinayət hadisəsinə görə ölkədən qaçdığı deyilən keçmiş prezident Robert Köçəryanın ifadə vermək üçün iyulun 26-da məhkəməyə varid olacağı barədə məlumat daha bir çaxnaşma yaradıb. Çünki, baş nazirin göstərişi ilə Rusiyaya işləyən oliqarxların vurulması prosesində məhkəmələr əsas rollardan birini yerinə yetirir. Köçəryanən məhkəməyə cəsarətlə təşrif buyuracağı haqda anons verilməsi Kremlin hərəkətə keçməsinə açıq işarədir.
Bütün bunların fonunda Moskvanın həm tarixən, həm də fərdi xarakterik xüsusiyyətlərinə görə etibarlı tərəfdaş olan Azərbaycana üz tutması tarixi reallıqdan doğan siyasi addımdır. Azərbaycanın yürütdüyü siyasət də Moskvanı qane edir. Bundan başqa regional müstəvidə qonşu dövlətlər yaradılmış uğurlu üçtərəfli formatda beynəlxalq siyasi və iqtisadi münasibətlər bu əlaqələrin inkişafını zəruriləşdirir.
N.NOVRUZ

Oxşar məqalələr