AXTAR

Rusların erməni cəmiyyətini alt-üst edən siyasi gedişləri

putin pashinyan

 

İrəvanda tənəzzülü stimullaşdıran cəbhəyanı zonada səyyar gəzinti

Azərbaycanla münasibətlər Rusiya üçün ön plana keçib. Bunu Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Duqin də xüsusi olaraq vurğulayır: “Bir çoxları səhvən hesab edirlər ki, Rusiya ilə Ermənistan arasında tərəfdaşlıq Azərbaycanla münasibətləri pozur. Əslində bu, tamamilə belə deyil, Rusiyanın Azərbaycanla münasibətləri ön plana çıxıb”.
Ötən əsrin ikinci yarısının ortalarında Rusiyanın hamiliyi altında ermənilər Qarabağı işğal edəndə əksər azərbaycanlılar bu əməldən əl çəkməyi tövsiyə edirdilər. Çünki, bunun siyasət olduğunu anlayırdılar. Burunlarının ucundan uzağı görməyən ermənilər isə “Böyük Ermənistan” xülyası ilə hər şeyin əbədi olacağı eşqi ilə əsrlər boyu çörəyini yedikləri Azərbaycana dönüklük edirdilər. Düz 15 ildir ki, Azərbaycan Prezidenti İlham Əliyev “Ərazimizdə ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcəyik”, “Bundan 100 il sonra da Dağlıq Qarabağ müstəqil olmayacaq” kimi mesajlarla erməniləri haqq yoluna dəvət edib. Amma yenə də xəyallar aləminin qəhrəmanları tarixi ədalətin necə və nədən ibarət olduğunu anlamayıblar. İndi rusiyalı deputatların Qarabağ diyarının coğrafi mənsubluğu barədə həqiqətləri dilə gətirmələri 25-30 il əvvəl azərbaycanlıların verdikləri tövsiyələrin həyatda doğrulmasıdır. Yəni, siyasi uzaqgörənlikdir.
Tarixi mənbələr sübut edir ki, Ermənistan Rusiya çarlığının, daha sonra rusların rəhbərliyi ilə sovet imperiyasının yetirməsi, ən yeni tarixdə isə Rusiya Federasiyasının forpostudur. Cəmi bir neçə ay əvvəl Kremlin bir sözü İrəvanda iki olmazdı. Amma indi İrəvan Moskvaya təpik atmağa başlayıb.
Qafqaz uğrunda Amerika-Rusiya savaşı 100 ildən çoxdur ki, davam edir. Ermənistan adlı respublika bu savaşın gedişində doğulmuş “bəhanə”dir. İndilikdə isə bu “dövlət” öz statusunu qeyri-rəsmi şəkildə itirib və Rusiyanın əyaləti rolunda çıxış edir. Azərbaycan torpaqlarının 20 faizinin ilhaqı da bu istiqamətdə atılan hərbi-siyasi addımdır. Həmişə qulluq göstərməyə meyilli olan ermənilər indi də Qərb üçün işləmək yoluna keçmək arzusundadırlar. Təbii ki, bunun üçün Rusiyadan uzaqlaşmaq gərəkdir. Problem də bundadır. Ərzisində iki böyük rus hərbi bazası olan ölkənin Rusiyadan uzaqlaşması mümkündürmü? Xaricdə oturub qrantlarla “kef çəkən” erməni diaporçularının məntiqinə görə mümkündür. Çünki, onların da arxasında Qərbin hakimiyyət strukturları durur. Onları isə ermənilərin taleyi yox, Qafqazdakı geostrateji maraqları bu işə qoşub. Strategiyanın qısa yolu budur: ortada ermənilər oynayır, hər iki tərəfdən edilən həmlələri onlar qəbul edir, qırılan qırılır, qalan qalır, nəticədə Rusiyanın yerini Qərb tutur. Bu, ehtimal olunan və real görünən ssenaridir. Ruslar da bu xəyanətə görə ermənilərə sarsıdıcı zərbə vurnaq istəyirlər. Ən yaxşı zərbə isə Qarabağ həqiqətləri üzərindəki pərdəni qaldırmaqdır. Onda Azərbaycan müqəddəs müharibə ilə torpaqlarını azad edəcək, “Böyük Ermənistan” ideyası iflasa uğramış ermənilər isə ciddi qulaqburması alacaqlar.
Bütün gerçəkliklərə görə hazırda erməni mətbuatı rusiyalı deputatların Azərbaycana səfərini və Qarabağda səsləndirdikləri bəyanatları “cəbhə xəttinin 600 metrliyində rus ədəbsizliyinin zirvəsi” asdlandırır. Proses Rusüiya-Ermənistan münasibətlərinin son dərəcə kəskinləşməsinə doğru gedir. Bu səbəbdən torpaqlarınmızın işğalında ermənilərin yanında olan Kremlin siyasətinə gizli nifrət bəsləyən Azərbaycanın könlünü almaq rus siyasətçilərin hazırkı dövr üçün başlıca məqsəddir. Çünki, gündəmdə Rusiyanın Qafqazdan çıxarılması məsələsidir.
Ermənistanda hakimiyyət dəyişikliyi ilə nəticələnən və məxməri inqilab adlandırılan hadisələr haqda rus politoloq Valeri Korovin belə dəyərləndirir: “Ermənistanda adı maydan baş verib. Halbuki orada bunu antikorrupsiya inqilabı kimi qələmə verirlər. Ancaq bu, çəhrayı ssenaridir”. Yəni, Paşinyanın hakimiyyəti zəbt etməsi Qərbin əli ilə baş verib. Bu isə aşkar şəkildə Rusiyanın əleyhinə işləyən prosesdir.
Beləliklə, İrəvan Rusiyanı Qərbə satmaq yolunu tutub. Üzdə isə onlar bunu “Rusiyanın Ermənistandan imyina edib Azərbaycandan yapışmaq” kimi qələmə vermək istəyirlər. Lakin unudurlar ki, Azərbaycan müstəqil siyasət yürüdür, Rusiyaya isə forpost lazımdır. Qərb də Ermənistana forpostu kimi yanaşır. Bu mənada Rusiyanın Azərbaycana münasibəti Qafqazın lideri ilə əməkdaşlıq və strateji tərəfdaşlıq istiqamətində formalaşır. Əgər iki qonşu dövlət arasında bərabər əsaslarla müttəfiqliq yaranırsa, Azərbaycan nə üçün bundan boyun qaçırmalıdır. Üstəlik də tarixən sıx əlaqələr yaranmış böyük və güclü bir dövlətlə. Bu əlaqənin zəmanəti isə torpaqların işğalı necə olubsa, o cür də qaytarılmasıdır. Nə üçün 1987-ci ildə Rusiyanın Aqanbekyan adlı erməni əsilli iqtisadçısı Parisdə deyəndə ki, “Dağlıq Qarabağ iqtisadi cəhətdən daha çox Ermənistana bağlıdır, nəinki Azərbaycana”, onda ermənilər Rusiyanı alqışlayırdılar, indi bunun saxtakarlıq olduğunu dilə gətirəndə başlayırlar xəyanətdən danışmağa.
Erməni politoloq Samvel Ohanesyan Qafqazda “slavyan-türk” birliyinin yaranmasından bəhs edir və ermənilərə bu ittifaqda yer olmadığını deyir. Lakin bu sözləri yazdığı vaxt özünün “Sem dayı” adlandırdığı ABŞ-da Ermənistan prezidenti Armen Sarkisyanın dövlət katibi ilə görüşmək üçün 4 gün növbə gözlədiyini qeyd etməyi unudur. Bunlar o deməkdir ki, nə ruslar, nə də amerikalılar erməniləri müstəqil millət yaxud dövlət sayırlar. Ermənilərə bəlkə də elə tarixdə yeganə qiymət verənlər türklər olublar. Onlar Türkiyədə də, Azərbaycanda da həmişə yüksək vəzifələr tutub, rahat həyat sürüblər.
Bu sadaladığımız faktlar fonunda Ermənistanın yeganə yolu Azərbaycanla əlaqələrini sahmana salıb müstəqilliyini bərpa etməkdir. Əks halda Azərbaycanın mübarizəsi bəhrəsini verir, Rusiya artıq düyməyə basmış kimi görünür, torpaqların azadlığı müharibə ilə baş verəndən somra isə İrəvan üçün hər şey gec olacaq. Rusiya Ermənistanı əlində saxlayacaq, Azərbaycanın var-dövlətindən isə Ermənistana heç nə düşməyəcək.
N.NOVRUZ

Oxşar məqalələr