AXTAR

Ermənilər quyruqlarını qısıb, dillərini işə salıblar

ermenistan 1

 

Azərbaycanın hərbi gücü qarşısında düşmən tərəf diletantlığa başlayıb

Bir neçə gün əvvəl keçirilən hərbi paradda Azərbaycan Ordusunun malik olduğu döyüş arsenalının bir hissəsinin nümayişi Ermənistanda böyük əks-səda doğurub. Bir həftədir erməni mətbuatında ölkəmizin reallaşdırdığı silah-sursat haqda ətraflı məlumatlar dərc edən qarşı tərəf indi də keçib diletanlığa: Azərbaycan bu silahları niyə alıb, kimdən alıb, ona niyə müasir silahlar satılır və sairə ritorik suallar və araşdırmaların ardı-arası kəsilmir. Rusiya Dövlət Humanitar Universitetinin Xarici regionşünaslıq və siyasət kafedrasının dosenti, qafqazşünas alim Sergey Markedonov telegra.ph saytında Bakıdakı hərbi parad haqqında yazdığı məqalə ermənilərin möhkəm sarsıntı keçirdiyinə sübut edir. Çünki, Sergey Markedonov Rusiya mətbuatında ermənipərəst mövqeyi ilə seçilir və silah haqda yazmağa məcburdursa, deməli, İrəvanın siyasi dairələrində qorxu hökm sürür. Markedonovun fikrincə, indiki Azərbaycan “Azərbaycan Demokratik Respublikası”nın varisi sayılır və birinci milli dövlətin irsinə müraciət ölkənin tarixi yaddaşının ayrılmaz tərkib hissəsi hesab olunur. O, 26 iyun paradına təkcə simvolik hadisə kimi baxmır və yazır ki, birincisi bu həm Azərbaycanın artan hərbi qüdrətinin nümayişidir. Milli ordunun 4 min əsgəri, üstəlik 240 ədəd texnika, pilotsuz uçan aparatlar və digər texniki yeniliklər Bakının güclü hərbi potensiala malik olduğunu göstərmək üçün kifayətdir. İkincisi, paradda Türkiyə Silahlı Qüvvələrinin xüsusi bölüyünün iştirakı türk həmrəyliyinin məhz Rəcəp Tayyip Ərdoğanın və onun parityasının elektoral qələbələrindən sonra nümayiş olunması, Bakı-Ankara bağlantısı Türkiyənin Zaqafqaziyadakı xarici siyasi landşaftının ən vacib elementi sayılır.
Üçüncüsü, Azərbaycan prezidentinin öz çıxışında yenə də hərbi bəyanatlara geniş yer verməklə bir yandan beynəlxalq hüququn effektivliyinə şübhə ilə yanaşıb, digər yandan isə “güc faktoru”nun əhəmiyyətindən, “dost ölkələrin yardımı ilə” silahlanmanın genişlənmiş imkanlarını göstərib. Bütün bunlar Azərbaycan rəhbərliyinin əldə etdiyi texniki yenilikləri “elə yerindəcə və dərhal” tətbiq etmək hazırlığını göstərirmi?-deyə, S.Markedenov ermənilərin “kürkünə birə salan” nəticəni çıxardır.
Lakin qorxuya düşmüş ermənilər xəstə təxəyyülləri ucbatından vəziyyətdən çıxış yolunu tapa bilmirlər. Onlar indi təftişçiliklə məşğuldurlar. Bakı paradında geniş çeşiddə İsrail istehsalı olan silahların nümayişi erməni ekspertlərini “cin atına” mindirib və hazırda onlar canfəşanlıqla yəhudiləri yamanlayırlar: Nə üçün israil Azərbaycana silah satır?! Yaxud, Çexiya, Almaniya, ABŞ istehsalı olan silah-sursat Azərbaycanda nə gəzir?! Qəribədir, deyilmi... Erməni diletantlar təklif edirlər ki, bütün dünyada İsrail səfirliklərinin qarşısında aksiya keçirsinlər və İsrail hökumətindən tələb etsinlər ki, Azərbaycana silah satma. “Biz susmamalı, əksinə, 2000 il bundan qabaq pul qarşılığında Xristin özünü belə satmağa hazır olan yəhudilərin alçaqlığı barədə bərkdən danışmalıyıq”. Bu sözlər sağlam düşüncə tərzini itirmiş naxoş insanlara məxsus ola bilər və hazırkı məqamda ermənilərin qorxudan sərsəmlədiklərini sübuta yetirir.
Armen Aşotyan adlı yazar Almaniyanı, Ermənistan parlamentinin deputatı, Avropa Şurasının Parlament Assambleyasındakı erməni nümayəndə heyətinin üzvü Edmon Marukyan isə AŞPA-nı hədəf seçərək Azərbaycanın hərbi gücünə görə təhdidlər yağdırırlar.
Diletantlıq öz yerində, onsuz da bununla ermənilər uzağa gedə bilməyəcəklər. Amma Azərbaycanın hərbi üstünlüyü Qarabağ münaqişəsinin həllində irəliləyişin olmasını şərtləndirən əsas amildir. Ermənistan siyasi rəhbərliyi özbaşına sülhə gəlmək istəmirlər. Hər halda təcrübə bunu göstərir. Onların ədalətliliyi yalnız siyasi, iqtisadi və hərbi güc kontekstində reallaşa bilər. Çünki, erməni xəyalpərəstliyinin praqmatik davranışa çevrilməsi üçün onların mərmi səslərindən diksinmələrinə həmişə ehtiyacları olub.
N.NOVRUZ

Oxşar məqalələr