AXTAR

Dost ölkələrin müttəfiqliyi möhkəmlənir

 

 

 

 

 

Azərbaycan və Pakistan öxşar problemə malik tərəfdaş dövlətlərdir

Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Zübair Mahmud Hayat ilə görüşüb. Görüşdə iki ölkə arasında təhlükəsizlik, hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın inkişafı, eləcə də Hərbi Hava və Hərbi Dəniz qüvvələri arasında əlaqələrin genişləndirilməsinin vacibliyi xüsusi vurğulanıb. Noyabrın 23-də baş tutan görüş tərəflər arasında ilk deyil və belə görünür ki, qurulmuş əlaqələrin məntiqi ardıcıllığının təzahürü sayıla bilər.
Bu görüş ölkələrimiz arasında 1991-ci ildən başlanmış hərbi-siyasi əlaqələrin davamı kimi qiymətləndirilməlidir. Qarabağın işğalına görə Pakistan indiyədək Ermənistanla diplomatik münasibətlər qurmayıb. Çünki, Pakistan daha əvvəldən öz ərazisinin bir hissəsini itirib və bu situasiyanın nə qədər ağır olduğunun fərqindədir. Ölkəmizə olan bu qədər isti münasibət Azərbaycan rəhbərliyi tərəfindən qarşılığını alır və ikitərəfli münasibətlər ın yüksək səviyyədə uğurla inkişaf edir.
Pakistanın Azərbaycanla müttəfiqliyi bu ölkəyə İslam həmrəyliyini gücləndirmək baxımından faydalıdır. Bundan başqa beynəlxalq arenada bir-birinə siyasi dəstək vermək və işğal edilmiş ərazilərin geri qaytarılmasında əlbir fəaliyyət göstərmək sarıdan vacib amildir. Təbii ki, iqtisadi sahədə də əlaqələri genişləndirmək, ümumi layihələr həyata keçirmək də əlaqələrin inkişafında önəmli rol oynayır.
Azərbaycan üçün bu əlaqələrin mövcudluğu daha böyük əhəmiyyət daşıyır. Çünki, ölkəmiz uzun illərdir ki, müharibə şəraitində yaşayır və quruculuq yolu ilə inkişaf edir. Lakin bizim inkişafımızda başlıca yerlərdən birini hərbi quruculuq proqramlarının yerin yetirilməsidir. Bu istiqamətdə Pakistan Azərbaycanın etibarlı və güclü dostudur. Ona görə ki, Pakistan öz inkişafı baxımından Asiyanın qüdrətli ölkələrindəndir. Çünki, o, dünyanın 9 nüvə dövlətindən biridir. Bu, dünyada gedən siyasi rəqabətdə çox böyük üstünlükdür. Bu səbəbdən Pakistan inkişaf etmiş hərbi-sənaye konpleksinə malikdir. Bu iki mühüm komponent və böyük siyasi rəğbət Pakistanı Azərbaycan üçün əvəzedilməz müttəfiqə çevirib.
İşğalçı Ermənistanın təcavüzkar siyasətinə görə daim hərbi təzyiqdə qalan və müharibəni göz altına alan Azərbaycan daim öz ordusunun gücləndirilməsi qayğısına qalmaq məcburiyyətindədir. Bu işdə bir çox ölkələrlə yanaşı dost Pakistan da Azərbaycanın əlindən tutur. Biz bu ölkədən müasir döyüş maşınları, təyyarələr, ballistik raketlər, tanklar alırıq. Məsələn, Azərbaycanın Pakistandan aldığı orta və yaxın mənzilli müasir raketlər Ermənistanı bir an içərisində darmadağın edə biləcək ballistik silahlardır. Söhbət Pakistan istehsalı olan “Şahin-1” raketlərindən gedir. Bu raketlər 750 kilometr məsafədə hədəfi məhv etmək qabiliyyətindədir. “Hatf-1” raketi isə “Şahin-1”in təkmilləşdirilmiş formasıdır və daha uzaq məsafədə hədəfi vura bilir. Onun uçuş məsafəsi 3 min kilometrdir. Hərbi ekspertlər bu raketlər yüksək dəqiqliyə malik silah kimi dəyərləndirir və bildirirlər ki, hava hücumundan müdafiə sistemləri onu tuta bilmir. Raketlər strateji obyektlərin, komanda məntəqələrinin və infrastrukturun məhv edilməsi üçün nəzərdə tutulub. Hərbi sənayesi bu dərəcədə inkişaf etmiş bir ölkə ilə müttəfiqlik təbii ki, Azərbaycanın üstünlüyüdür. İndi qarşıda birgə hərbi istehsalın təşkili məsələsi durur. Şübhə yoxdur ki, bu günlərdə Bakıda yüksək çinli hərbçilərin görüşü də bu kimi razılaşmaların həyata keçirilməsi məqsədini daşıyır.

İKSmedia.az

Oxşar məqalələr