“Qaş düzəltmək istəyəndə vurub gözü tökən” erməni korazehinliyi
Erməni politoloq, “Modus Vivendi” mərkəzinin direktoru Ara Papyan “Hərbi xidmət və hərbi qulluqçu statusu haqqında” qanun layihəsini tənqid edib. Həmin sənədə əsasən, Ermənistanda dövlət sifarişi üzrə ali təhsil alan tələbələrin hərbi xidmətdən möhlət hüququ ləğv edilir.
“Hərbi xidmət və hərbi qulluqçunun statusu haqqında” qanun Ermənistanda emiqrasiyanı gücləndirəcək. Bu barədə erməni politoloq Ara Papyan deyib. Onun sözlərinə görə, insanlar onsuz da 18 yaşa çatmış övladlarını orduda xidmət etməməsi üçün ölkədən çıxarırlar: “Bu qanunun qəbulundan sonra emiqrasiyanın tempi yüksələcək”.
Erməni politoloqun dediklərində həqiqət var. Ermənistan statistika idarəsinin məlumatına görə, bu il oktyabrın 1-nə olan məlumat üzrə ölkədə əhalinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 14 min 300 nəfər azalıb. Artıq uzun illərdir ki, bu tendensiya davam edir. Ermənistan prezidenti Serj Sarkisyan isя бu minvalla ölkə əhalisinin 2040-cı ildə 4 milyon nəfərə çatacağını deyir. İrəvan ekspertləri onun dediklərini istehza il “hava şarı” adlandırırlar.
Məsələ burasındadır ki, erməni siyasi hakimiyyəti isterika içərisində olduğundan vəziyyəti düzəltmək üçün elə qərarlar verir ki, durum daha da ağırlaşır. Tələbələrin hərbi xidmətdən möhlət hüququnun ləğv edilməsi barədə qanun da bu qəbildən istisnalıq təşkil etmir. Düzdür, orduda əsgər çatışmır. İşğalçılıq siyasəti yürüdən dövlətin silahlı qüvvələri üçün canlı qüvvə vacib komponentdir. Lakin Serj Sarkisyan bir faktı anlaya bilmir ki, başçılıq etdiyi dövlət Azərbaycan torpaqlarının işğalını davam etdirmək üçün lazım olan gücə, resursa malik deyil. Ən azı, ölkənin insan resursları buna imkan vermir. Belə olan halda haqsızlıqdan geri çəkilərək yad torpaqlardan qoşunlarını çıxarmaq əvəzinə o, qurub-yaratmaq üçün təhsil alan gəncləri də ön cəbhəyə-ölümün ağzına göndərmək fikrinə düşüb. Erməni xalqı isə indiki şəraitdə orduda qulluq etmək, Azərbaycan ərazisində hərbi növbə çəkmək istəmir. Gəncləri zorla buna vadar etməyin isə axırı yoxdur.
Артыг İrəvan Dövlət Universitetinin informatika və tətbiqi riyaziyyat fakültəsinin binası qarşısında tələbələr oturaq aksiya qərarı verib. Onlar bununla fakültənin auditoriyalarından birində qapını bağlayaraq aclıq aksiyasına başlayan yoldaşlarına dəstək olublar. Məlumata görə, aksiyaya dəstək verənlərin sıraları getdikcə genişlənir. Belə ki, İrəvan Dövlət Konservatoriyasının onlarla tələbəsi də oturaq aksiyaya qoşulduğunu bəyan edib.
Erməni mətbuatının yaydığı son məlumatlara görə, günlərdir tələbələrin keçirdiyi etiraz aksiyalarına, bir qrup tələbənin aclıq aksiyasına, yüzlərlə tələbənin parlament önündəki oturaq mitinqinə məhəl qoymayan deputatlar 86 səs lehinə, 6 səs əleyhinə olmaqla qanunu 2-ci oxunuşda qəbul ediblər. Səsvermədən qabaq “Çıxış” blokunun deputatı Ararat Mirzoyan çıxışında xatırladıb ki, tələbələrə möhlət hüququnun ləğvinə etiraz olaraq 4 tələbə aclıq aksiyasına başlayıb. O, 120 elmi tədqiqatçının da tələbə aksiyalarına qoşulduğunu deyərək qanun layihəsinin əleyhinə səs verməyə çağırsa da, nəticəsi olmayıb. Mitinqçilərin mümkün hücumundan qorxuya düşən deputatlar parlament binasının qapılarını bağlatdırmağı da unutmayıblar. Binaya gedən yollar da polis tərəfindən nəzarətə götürülüb.
Beləliklə, başında cinayətkarların durduğu erməni siyasi hakimiyyəti özünün yaratdığı polis rejimi vasitəsilə əhalini zorla işğalın davam etdirilməsi prosesinin davamına qoşur. Amma əhalisinin 50 faizinin yoxsulluq həddindən aşağı səviyyədə yaşayan bir ölkədə bu vəziyyəti davam etdirməyin acınacaqlı nəticələri olur. Yəni, “sirkə nə qədər tünd olarsa, öz qabını çatladar”. Bu mənada işğalçılıq siyasətinin Sarkisyanın öz başına bəla açacağı gün uzaqda deyil. Onda heç bir qanunla bəlanın qarşısını almaq mümkün olmayacaq.
İKSmedia.az