AXTAR

Rusiya Ermənistanı “qurbanlıq qoyun”a çevirmək istəyir

ermenistan hakimiyyeti

 

Hər iki ölkədə Azərbaycan əleyhinə baş verənlər arasında həmahənglik var
Ümumrusiya Azərbaycanlıları Konqresi ilk növbədə Rusiya ilə Azərbaycan arasında konstruktiv əlaqələrin qurulmasını istəməyən və buna mane olan qurumlar üçün sərfəli deyildi. Hazırda həm Rusiyada, həm də Azərbaycanda ekspertləri ən çox düşündürən bu məsələdir. Lakin hökumət orqanları tərəfindən qəbul edilmiş qərarın özündə ziddiyyətlər var və bu səbəbdən birmənalı şəkildə hamı bunun geosiyasi maraq zəminində baş verdiyini düşünür.
Rusiyada erməni diasporunun da güclü olduğunu düşünənlər dərhal bütün bu prosesin ermənilərin təsiri altında baş verdiyi qənaətindədirlər.Lakin güc və nüfuz baxımından azərbaycanlılar daha güclüdürlər və bu səbəbdən məsələnin bu səpkidə izahı ağılabatan deyil. Amma Rusiyada Azərbaycan əleyhinə baş verənlərlə Ermənistanın cəbhədəki təxribatlarının güclənməsi arasında əlaqə axtarılması isə daha məntiqidir. Çünki, hər iki istiqamətdə hadisələrin gedişatını müəyyənləşdirən Kremldir və buna görə də rusların nə istədikləri üzərində baş sındırmaq lazım gəlir. Amma hələ ki, bu məcrada konkret söz söyləmək mümkün deyil. Ona görə ki, Moskvada işlər aram-aram və şübhəli şəkildə görülür. Çox ola bilsin ki, heç Rusiya da nə istədiyini hələlik dəqiq bilmir və sadəcə gərginlik yaratmaqla gücünü nümayiş etdirir.
Məlumdur ki, Cənubi Qafqazda təsir dairəsinə malik olmaq istəyənlər çoxdur. Uzun illərin mübarizəsi nəticəsində Ermənistan Rusiyanın, Gürcüstan isə Qərbin himayəsi altına alınıb. Yeganə müstəqillik nümayiş etdirən Azərbaycandır. Ümumiyyətlə, Azərbaycanın belə bir mövqeyi bu günün yox, tarixən olmuş tendensiyanın davamıdır. Yəni, Azərbaycan xalqı, dövləti, elə bir ictimai-siyasi çəkiyə malikdir ki, həmişə müstəqillik arzulayıb və imkan dasxilində də müstəqil olub. Bu amilı nə keçmiş opponentlərimiz, nə də indikilər həzm edə bilmirlər. Fikirimizcə, “ayının min oyunu bir armudun başında olduğu kimi” baş verənlərində episentri Azərbaycanın müstəqil, heç kimdən asılı olmayan siyasətidir. O başqa məsələdir ki, xarici siyasət qonşuların, supergüclərin maraqları nəzərə alınaraq müəyyənləşdirilir, çünki bu, artıq siyasi təkmilliлik nümunəsidir. Əslində, Qarabağın ermənilər tərəfindən işğalına kömək edilməsi və bu vaxtadək həll olunmasına imkan verilməməsi də ölkəmizin müstəqilliyinin məhdudlaşdırılmasına yönəlmiş cəhdlərdən biridir.
İndi Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğvi məsələsinin siyasiləşdirilməsi Rusiya hakimiyyət orqanlarının susqunluğu fonunda sürətlə gedir. Belə görünür ki, hakimiyyətin özünün bu işdə marağı var. Qəribədir ki, rusiyalı analitik Denis Korkodinov “ÜAK-ın ləğvinə yardımçı olan üçüncü qüvvə kimi Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu qeyd oluna bilər. İş ondadır ki, diplomat bu təşkilatı marionet bir quruma çevirib öz opponentlərinə qarşı şəxsi intriqalar üçün istifadə edirdi” – deyə, iddia edir. Bu, əslində UNESCO-nın baş katibi vəzifəsinə namizəd olan Polad Bülbüloğlunun seçkiqabağı reputasiyasına birbaşa zərbədir. Bu fakt həm də onun göstərir ki, ÜAK-ın ləğvi məsələsində azərbaycanlının nüfuzlu beynəlxalq quruma rəhbər seçilməsi ehtimalı da şimal qonşumuzda hansısa qurumları və kimlərisə narahat edir.
ÜAK-ın ləğvi imic baxımından ciddi məsələ olsa da təşkilatı baxımından xırda işdir. Çox güman ki, məsələ tezliklə yoluna qoyulacaq. Uzaqbaşı, yeni təşkilat yaranacaq. Amma bunlar baş verməsə, mövcud durum Rusiyanın Azırbaycana münasibətində baş vermiş dəyişiklik qismində qəbul ediləcək və rusların sədaqətsizliyi ehtimalı ilə unudulmayacaq. Hətta Minsk qrupunun həmsədr dövləti kimi Rusiyanın vasitəçilik missiyasına da şübhələr ciddiləşəcək və müharibənin başlanacağına kömək edəcək. Nəticədə isə əsas zərbə ermənilərə dəyəcək. Sanki, Ermənistan Rusiya üçün “qurbanlıq qoyun”dur.

IKSmedia.az

Oxşar məqalələr