AXTAR

AŞPA siyasətində müştəbehlik qurumun sonunu yaxınlaşdırır

aspa

 

Türkiyədə baş verən “ağ” proseslər Avropada “qara” görünür

Türkiyədəki son Konstitusiya referendumundan sonra Avropa Şurası Parlament Assambleyası Türkiyənin postmonitorinq prosesindən monitorinq mərhələsinə salınmasına qərar verib. Halbuki, referendum demokratik keçrilib və xalq burada öz mövqeyini ortaya qoyub. Amma Avropa Şurası Parlament Assambleyası xalqın mövqeyni nəzərə almayaraq Türkiyəyə qarşı qərəzli mövqe sərgiləyir.
Siyasi fikir anlamında avropalıların bu qərarında təəccüblü heç nə yoxdur. Uzun illərdir mütəmadi olaraq Türkiyə əleyhinə hərdən təqdiredici, tez-tez isə tənqidi mövqe sərgiləməklə Авропа onu özündən uzaq bir məsafədə saxlamaq məqsədini güdüb. 60 ildir ki, Avropa ilə Türkiyə arasında sözün həqiqi mənasında siyasi oyun gedir. Türklər avropalıların əsl məqsədlərini həmişə anlayıblar. Ancaq siyasətə siyasətlə cavab verib, sanki Avropanı özlərinə nümunə bilərək, həqiqətdə diqqətlərini ölkənin iqtisadi-siyasi inkişafına və müstəqil xarici siyasətə yönəldiblər. Bu gün artıq məlumdur ki, XX əsr Türkiyənin sürətli inkişafı dövrü olub və ölkə hər bir sahədə istənilən dövlətlə rəqabər aparmaq gücünə yiyələnib.
Bütün bunlar öz yerində. Avropa Şurasının Parlament Ansambleyası geriyə qərar verməklə anti-Türkiyə fəaliyyətini tamamilə biruzə vermiş oldu. Artıq açıq-aydın hər şey ortadadır. Türkiyə bu cür qərarlara çoxdan hazır olduğu üçün cavabı çox gecikdirməyib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa Şurası Parlament Assambleyasının Türkiyənin monitorinq altına qaytarılması barədə qərarını tənqid edib: “Türkiyə ilə bağlı qəbul edilən qərar tamamilə siyasidir. Bu qərarı tanımırıq, istədikləri qədər qərar qəbul etsinlər”. Ərdoğan “Reuters”ə müsahibəsində isə ötən bazar Fransada keçirilən prezident seçkilərinin fövqəladə vəziyyət şərtləri altında baş tutduğunu deyib: “Fransa ilə bağlı niyə belə bir qərar verilmir? Türkiyədə dövlət çevrilişinin qarşısının alınması məqsədilə fövqəladə vəziyyət elan olunub. Bu çərçivədə ölkədəki FETÖ-çüləri təmizləyirik”.
Bu faktlar sübut edir ki, Avropanın gecə-gündüz digər ölkələrə ixrac etdiyi demokratik dəyərlər də ikili xarakterdədir. Ən azı ayrı-seçkilik salmaq onun qazandığı dəyərləri heçə endirir. Siyasi ekspertlərin mülahizəsinə görə Türkiyənin AŞPA-dan çıxması da gündəmə gələ bilər və bu qərar Avropanın özü üçün mənfi nəticələrə səbəb olar. Təsadüfi deyil ki, Macarıstanın baş naziri Виктор Орбан deyib: “Türkiyədə tamamilə sabitlik yarada bilənləri dəstəkləməliyik. Əks halda, bütün regionda fəlakət başlayar və Avropa üzərində təzyiq dözülməz olar. Bu səbəbdən Ərdoğanın sabit türk siyasi həyatını formalaşdırmağını dəstəkləyirəm”.
Bəli, Türkiyədə baş verən “ağ” proseslər Avropada “qara” görünür. Ölkədə gedən islahatların müzakirəsi zamanı demokratiya yaddan çıxır, yaknız avropalıların diktə etdikləri meyarlar gündəmə gəlir. Bu isə Türkiyə kimi cahanşümul ölkədə istehza doğurur. Türk siyasi analitiklər bu gün təhlillərində Avropanın verdiyi, amma yerinə yetirmədiyi vədlərini xatırladırlar. Axırıncı dəfə Avropa ölkələrini dağıdıcı qaçqın axınından qoruyan Türkiyəyə vəd olunmuş 3 milyard avrodan cəmi 750 milyon avro alınması real fakt kimi ortaya qoyulur. Söhbətin məğzi pulun verilməməsi yox, vədin yerinə yetirilməməsi, yəni yalançılıq faktıdır. Əslində, bu addımın daha məhfur tərəfi də var. Bir sıra Avropa dövlətlərində baş alıb gedən millətçilik təmayülləri İttifaq qurumlarına da sirayət edib. Bu çox təhlükəlidir. Həm birliyə, həm inkişafa, həm demokratiyaya zidd təmayüldür. Bir baxın: Qərb Rusiyanı sanksiyalarla boğmaq istəyir. Rusiya da buna cavab olaraq Fransada qatı millətçilik edən siyasi partiyan yüksək səviyyədə müdafiə edir. Doğrudanmı Rusiya millətçiləri belə devir? Yox, sadəcə, düşmənini içəridən dağıtmaq siyasəti yürüdür. Əslində isə Avropa özü özünü dağıtmaq yolunu tutub. Çünki, ikili standartlardan qurtula bilmir. Böyük Britaniya buna real faktdır. Bir sıra ölkələr də ara-sıra çıxmaq barədə bəyanatlar səsləndirirlər. Türkiyə əleyhinə verilən qərar isə bu prosesə güclü stimul verə bilər.

IKSmedia.az

Oxşar məqalələr