AXTAR

Ermənilər indi əlaltı olduqlarınдан şikayətlənirlər

ermnistan

 

Vaxt keçir, dünya dəyişir, Ermənistanda isə hələ də ah-zar edirlər

“Rusiyaya verməyə heç nəyimiz olmadığından bizi nəzərə almır”-deyə, erməni tarixçi Gevork Yazıçıyan aprelin 21-də Irəvanda keçirdiyi mətbuat konfransında aciz şəkildə bildirib: “Əgər Türkiyə və Rusiyanın maraqları üst-üstə düşərsə, onda Ermənistanı Qarabağ ətrafındakı əraziləri qaytarmağa vadar edəcək. Bunun əvəzində Rusiya Azərbyacandan yəqin nə isə alacaq. Məsələn, Avrasiya İqtisadi İttifaqına üzv olmasını istəyə bilər. Əgər “Türk axını” həyata keçsə, o zaman Rusiyanın Türkiyədən daha çox istəkləri olacaq. Onlar bizi artıq nəzərə almırlar. Biz onlar üçün artıq faktor deyilik”.
İndi erməni ictimai fikrini məşğul edən əsas məslələrdən biri ötənilki aprel döyüşlərinin təkrarlanması qorxusudur. Çünki, xalq özlərinin olmayan torpaq uğrunda vuruşmaq arzusunda deyil. Ölkənin iqtisadi vəziyyəti də acınacaqlıdır, yoxsulluqdan camaat taqətini itirib. Hökumət isə elə siyasət aparır ki, gələcək üçün yaxşı heç nə görünmür. Hətta bu ayın əvvəlində keçirilmiş parlament seçkiləri göstərib ki, əhali 20 dollara görə nəyə desən, hazırdır. Xalq artıq öz taleyinə tüpürüb.
Helsinki vətəndaş assambleyasının Vanadzor bürosunun məsulu Artur Sakunsun fikrinə görə, hakim Ermənistan Respublika Partiyasının yürütdüyü siyasət Ermənistanı xarabalığa, qəbiristanlığa çevirir. A.Sakuns bildirir ki, başdan ayağa korrupsiyalaşmış və iqtisadi bataqlıqda boğulan ölkənin prezidenti və müdafiə naziri vəziyyətdən çıxmaq üçün yollar axtarmaqdansa, “millət-ordu” konsepsiyasını irəli sürür. Hazırkı vəziyyətdə bu iş cavabdan çox sual doğurur və xalqa münasibətdə öldürücü istiqamətdir.
Ölkənin ictimai fikrində bu istiqamətin inkişafı göstərir ki, ermənilər əlaltı olduqlarını anlayırlar, amma ölkənin siyasi rəhbərliyinin həyata keçirdiyi siyasət bu vəziyyətdən çıxmağa qoymur. Əslində, belə bir daxili siyasət Rusiyanın göstərişi ilə həyata keçirilir. Yəni, “ağa-qul” münasibətlərində üstün tərəf aşağının mənafeyini heç vaxt nəzərə almır, ələlxüsus da daha güclü dövlətlə anlaşmaq məqamı gələndə demək olar ki, əlaltı “dövlət”in atributlarının olduğunun fərqinə belə diqqət yetirilmir.
Rusiya-Türkiyə münasibətlərinin yaxşılaşması fonunda Ermənistanın oyundankənar vəziyyətdə qalması qanunauyğun haldır. Çünki, bu ölkə heç vaxt regionda həlledici səs hüququna malik olmayıb və indi də Rusiyanın kiçik bir quberniyası rolunu oynamaqdan başqa heç bir səlahiyyəti yoxdur. Lakin bu faktları əsas götürüb demək olmaz ki, Ermənistanın adı siyasi münasibətlərdə hallanmır. Hətta Türkiyə-Rusiya münasibətləri nə qədər yüksək səviyyəyə çatsa da, rus siyasətçilərinin quyruğu qapı arasında qalanda dərhal “erməni genosidi” və erməni dövləti yada düşəcək. Buna görə də Qarabağda sülhün bərqərar olmasında Ermənistanın yox, Rusiya-Türkiyə, Rusiya-Azərbaycan münasibətlərində strateji mənafelərin hansı dərəcədə qorunması məsələsi əsas rol oynaya bilər. Məsələn, Azərbaycanın Avrasiya İttifaqına, Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) qoşulmaları, yaxud Türkiyə-Rusiya-Azərbaycan formatında regional güc birliuyinin (formal olaraq Ermənistanın da daxil olduğu dördlük formatı da ola bilər) yaradılması Qarabağ münaqişəsinin həllində daha səmərəli mövqe sərgiləyə bilər. Başlıca məsələ Rusiyanın adıçəkilən formatlar çərçivəsində hansı mövqelərə sahib olmasıdır. Güman ki, o, özü üçün ən yüksək təminat tələb edəcək. Bu isə mümkündür ki, Türkiyənin, yaxud Azərbaycanın tələblərinə cavab verməyəcək.
Hadisələrin bu yöndə inkişafının Türkiyə və Azərbaycan tərəfindən önlənməsi daha düzgün yol olardı. Məsələn, üçlük, yaxud dördlük formatının parametrləri ikilikdə hazırlanıb konkret konsepsiya şəklində Kremlin müzakirəsinə göndərməklə həm sürəti artırmaq, həm də müzakirə üçün sənəd yaratmaq sadəcə, gümanlardan danışmaqdan həmişə daha çox sərfəli olub.

IKSmedia.az

Oxşar məqalələr