Ermənistanда içiboş vədi istehza ilə qarşılayanlar kifayət qədərdir
Ermənistan rəhbərliyi regionda apardığı təcavüzkar siyasətə görə düşdüyü ağır vəziyyətdən çıxmaq üçün praqmatik fəaliyyətə qayıtmaq əvəzinə yenə xəyallarını gerçəkləşdirmək наминя yalançı vədlər verməkdən çəkinmir. Bu günlərdə yayılan xəbərlərə görə Qarabağın işğalını davam etdirmək üçün ölkədə əsgər tapılmır. Bu səbəbdən Ermənistan cəbhəyə göndərdiyi hər əsgərə 10 min dollar vəd edir. Vəd öz yerində, amma əhalisinin böyük əksəriyyəti yoxsulluq həddində yaşayan bir ölkənin hər əsgərə 10 min dolları hansı hesabdan ödəyəcəyi məlum deyil. Elə Ermənistanın özündə də hakimiyyətin bu vədinə inanan yoxdur. Əksinə, içiboş vədi istehza ilə qarşılayanlar kifayət qədərdir.
Bu günlərdə Ermənistanda keçirilən “Millət-ordu-2017” forumunda prezident Serj Sarkisyanın çıxışına münasibət isə sarkazm ruhundadır. Çünki, öz çıxışı ilə o, növbəti dəfə pafoslu sözləri ilə xalqı aldatmaq məqsədi güdüb. “Vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsi üçün Ermənistanın hər bir vətəndaşında sahiblik hissini gücləndirmək lazımdır” deyə, guya millətin qayğısına qaldığını göstərmək istəyən Serj Sarkisyanın nitqindən bəhs edən Arman Amaruni «1in» saytında yazır ki, bu sözlər birmənalı şəkildə gülüş və həyəcan doğurur. Ona görə ki, hazırda Ermənistan iqtisadiyyatı bir neçə onluğu əhatə edən şəxsə məxsusdur, həmin şəxslərin ailələrinin əlində cəmləşib, amma Serj Sarkisyan sahiblik hissindən dəm vurur. Serjin çıxışı gülüncdür ona görə ki, reallıqla heç bir əlaqəsi yoxdur, həyəcan doğurur ona görə ki, Ermənistan faktiki olaraq, müharibə şəraitindədir və reallığın şüurlu surətdə saxtalaşdırılması ölkənin təhlükəsizliyini strateji planda təhlükə altına salır.
Müəllif acı-acı yazır ki, “bu gün Ermənistan vətəndaşı öz ölkəsində əsarət alrında yaşayır”. Bu vəziyyəti üzə çıxardan səbəblərdən biri də keçənilki aprel döyüşləri olub. Çünki, Azərbaycan Ordusunun uğurlu döyüş əməliyyatı erməni siyasi hakimiyyətinin bütün fəaliyyətinin şişirdilmiş sabun köpüyü olduğunu aşkara çıxarıb. Hətta ermənilər vəziyyəti dəyişmək üçün lazım olan konstitusion hüquqlardan da məhrumdurlar.
Aprelin 21-də Ermənistanın müdafiə naziri Vigen Sarkisyan “Bu mənəm” proqramını ictimaiyyətə təqdim edib. Lakin mətbuatda bu proqram kəskin tənqid atəşinə tutulub. Yeni proqramın layihəsinə görə ali məktəbi bitirəndən sonra gənclər 3 il orduda xidmət etməlidirlər. Xüsusi ixtisas tələb edən radioelektron mübarizə qoşunlarında isə 5 illik xidmət nəzərdə tutulur. Rəyini bildirən sadə ermənilərin fikrincə, hökumət ölkənin hərbiləşdirilməsi siyasətini yeridir və sülhdən imtina edir, xalq isə sülh istəyir.
Yeni proqramın maliyyə mənbələri daha çox şübhə doğurur. Proqramın təqdimatında mətbuat konfransı keçirən müdafiə naziri əsaslı bir söz tapmadığından deyib ki, proqram hələ rüşeym halındadır, maliyyə məsələləri barədə sonra fikirləşəcəklər. Onda haqlı sual doğur ki, maliyyə qaynağı olmayan proqramın ictimaiyyətə təqdim edilməsinə nə ehtiyac var? Ekspertlər hesab edirlər ki, əslində bu, xalqı aldatmaq üçün göstərilən növbəti cəhddir. Proqramın real əsası yoxdur və gənclərin Qarabağa, başqa sözlə, ölüm düşərgəsinə göndərmək üçün hökumət yeni müdafiə nazirinin simasında hiyləgərlik edir.
IKSmedia.az