AXTAR

Xarici ölkələrin hərbi attaşeləri Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində olublar

herbi mekteb

 

Xarici dövlətlərin ölkəmizdə akkreditə olunan hərbi attaşeləri martın 2-də Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində olublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, 14 dövləti təmsil edən hərbi attaşelik aparatının 17 nümayəndəsi tədris prosesi ilə tanış olub, məktəb haqqında brifinq dinləyib. Qonaqları maraqlandıran suallar ətraflı cavablandırılıb.
Hərbi attaşelər ziyarətin yüksək səviyyədə təşkilinə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Oxşar məqalələr