ABŞ əlindən gələni edəcək ki, İran nüvə silahı əldə etməsin.
Bu sözləri ABŞ-ın vitse-prezidenti Maykl Pens deyib.
Münhendə Təhlükəsizlik konfransında çıxış edən M.Pens bəyan edib ki, prezidenrt Donald Trampın fəaliyyəti dövründə ABŞ İranın nüvə silahına sahib olmamasını təmin etmək üçün çalışacaq:
“İranın bu cür silaha sahib olması regiondakı ölkələrə, bizim müttəfiqlərimizə, xüsusilə də İsrailə təhlükə törədə bilər”.