AXTAR

Azərbaycanda 241 korrupsiya cinayəti qeydə alınıb

cinayet

 

Ötən il Azərbaycanda 26611 cinayət faktı qeydə alınıb.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, qeydə alınan cinayətlər 2015-ci ilin göstəricisinə nisbətən 1,1 faiz azdır.
Əhalinin hər 100 min nəfərinə düşən cinayət hadisələrinin sayı da əvvəlki illə müqayisədə 2,2 faiz azalaraq 271 olub. Onların 56,6 faizi az ağır, 29,1 faizi böyük ictimai təhlükə törətməyən, 14,3 faizi ağır və xüsusilə ağır cinayətlərə aiddir.
Cinayətlərin strukturunda 4618 hadisə şəxsiyyət əleyhinə, 13560 hadisə iqtisadi sahədə törədilən, 7015 hadisə ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə, 1384 hadisə dövlət hakimiyyəti əleyhinə (o cümlədən, 241 hadisə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlər), 34 hadisə isə digər cinayətlərdir.
Qeydə alınmış şəxsiyyət əleyhinə olan cinayətlərdən 245-i qəsdən adam öldürmə və adam öldürməyə cəhd, 353-ü qəsdən sağlamlığa ağır zərər vurma, 43-ü ehtiyatsızlıqdan adam öldürmə, 141-i insan alveri, 17-si adam oğurluğu (onlardan 11-i evlənmək məqsədilə qadın oğurluğu), 18-i əzab vermə cinayətlərinə aiddir.
Hesabat dövründə 211 cinayət hadisəsi xarici ölkələrin, onların 37-si isə MDB-yə üzv olan ölkələrin vətəndaşları tərəfindən törədilib. 2016-cı ildə əvvəlki illə müqayisədə həyat və sağlamlıq əleyhinə olan cinayətlərdə 1,7 faiz, insan alveri ilə bağlı cinayətlərdə 6,0 faiz, şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə olan cinayətlərdə 3,7 faiz, iqtisadi fəaliyyət sahəsində olan cinayətlərdə 64,2 faiz, ictimai təhlükəsizlik əleyhinə olan cinayətlərdə 9,8 faiz, ictimai mənəviyyat əleyhinə olan cinayətlərdə 21,4 faiz, hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrin istismarı qaydaları əleyhinə olan cinayətlərdə 4,0 faiz azalma, şəxsiyyətin azadlığı və ləyaqəti əleyhinə olan cinayətlərdə 16,7 faiz, mülkiyyət əleyhinə olan cinayətlərdə 13,0 faiz, korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlərdə isə 10,0 faiz artım müşahidə olunub. Bu dövr ərzində yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən cinayətlər 7,9 faiz, onlara qarşı törədilən cinayətlər isə 10,4 faiz azalıb.

Oxşar məqalələr