İri marketlər "cibimizi soyur"
Bu gün paytaxtda müxtəlif supermarketlər fəaliyyət göstərir. İnsanlar istədiyi hər şeyi, ərzaqdan tutmuş paltara qədər bu marketlərdən əldə edə bilir. Amma bir marketdən ehtiyac olan hər şeyi almaq imkanı qiymət baxımından elə də sərfəli olmaya bilir. Belə ki, iri supermarketlərdə qiymətlər bazarlara nisbətən baha olur. Dolların manata nisbətdə bahalaşması baş verdikdə, qiymətlərdə nəzərə çarpacaq artımlar oldu.
Bəzən isə eyni məhsulların müxtəlif marketlərdə ciddi fərqlə satışa çıxarıldığının şahidi oluruq. Paytaxtda fəaliyyət göstərən bir neçə marketlər şəbəkəsindəki müxtəlif ərzaqların satışında nəzər saldıqda bu fərqi açıq-aşkar görmək mümkündür.
Elə ərzaq məhsulu var ki, onlardakı qiymət fərqi 5 manat qədər olur:
İqtisadçılar qimətlər arasındakı belə fərqin olmasını bir sıra səbəblərlə əlaqələndirirlər. Əvvəla supermaketlər böyük məbləğdə icarə haqqı ödəyirlər. Bu da qiymətlərin bazarlardan və kiçik satış mağazalarından baha olmasına səbəb olur. Şəhərin mərkəzi hissəsində yerləşən supermarketlə ətrafdakı marketləri müqayisə etdikdə fərqi daha aydın görə bilirik. Bəzi sahibkarlar isə bundan daha çox istifadə edərək mərkəzdəki marketlərdə qiymətləri az qala “at belinə” çıxarırlar. Bu isə nəzarətin zəif olduğu məqamlarda daha çox baş verir və haqlı olaraq istehlakçıların narazılığına səbəb olur.
İqtisadiyyat nazirliyində isə hesab edirlər ki, müxtəlif marketlərdə qiymətlər arasında nəzərəçarpacaq dərəcədə fərq yoxdur. Nazirliyin mətbuat xidmətinin rəhbəri Abbas Əliyevin İstiPress-ə verdiyi məlumata görə, İqtisadiyyat nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçılarının Hüquqlarının Müdafiəsi Dövlət xidməti monitorinqlər keçirir. Monitorinqlər əsasən süni qiymət artımının qarşısının alınmasına xidmət edir. Həmçinin istehlakçılarının hüquqlarının pozulmaması da nəzarətdə saxlanılır. Belə ki həmin marketlərdə qiymətlər ümumi bazar qiymətlərinə uyğun olmalıdır. Həmçinin bütün satış məhsullarının üzərində qiymətlər göstərilməlidir. Bu imkan verir ki, istehlakçılar seçim edə bilsinlər. Yəni sərbəst surətdə istədiyi satış mərkəzindən alış-veriş etsinlər.
O ki qaldi müxtəlif marketlərdəki qiymət fəqrinə, Abbas Əliyev bildirdi ki, bu həm məhsulun növündən, həm də keyfiyyətindən asılı ola bilər: “Sümüksüz dana ətinin marketlərdə 5 manat fərqlə satılması heyvanın yaşından, ətin hansı heyvanın hissəsindən kəsilməsindən asılı ola bilər”.
Nazirlik rəsmisi oni da bildirdi ki, supermarketlərdəki qiymətlər tələb və təklif əsasında sahibkarlar tərəfindən müəyyən edilir. Yəqin ki, qiymət müəyyən edərkən sahibkarlar da öz xeyirlərini düşünməlidir və elə qiymət təyin edilməlidir ki, bu istehlakçıların alış-veriş edərkən həmin marketə üstünlük verməsin ilə nəticələnsin.
"Dollar ucuzlaşsa da bazarlarda qiymətlər düşmür"
Onu da deyək ki, son günlər dolların manata nisbətdə məzənnəsində enmə müşahidə edilsə də, bazarlarda qiymətlərdə dəyişiklik yoxdur. Halbuki, dollar qalxdıqda bazarlardakı qiymətlər dəyişdi, bahalaşma oldu. Dolların ucuzlaşması fonunda isə qiymətlər aşağı düşmür. Bu da, dolayısı deyil, elə birbaşa İqtisadçılar qiymətlər arasındakı belə fərqin olmasını bir sıra səbəblərlə əlaqələndirirlər. Əvvəla supermarketlər böyük məbləğdə icarə haqları ödəyir. Bu da qiymətlərin bazarlardan daha baha olmasına səbəb olur. Bu fərqi şəhərin mərkəzi hissəsində yerləşən supermarketlə, şəhərətrafı marketləri müqayisə etdikdə daha aydın görə bilirik. Bəzi sahibkarlar isə bundan daha çox istifadə edirlər. Mərkəzdəki marketlərdə qiymətləri az qala “at belinə” çıxarırlar. Bu isə nəzarətin zəif olduğu məqamlarda daha çox baş verir və haqlı olaraq istehlakçıların narazılığına səbəb olur./istipress.az