AXTAR

10 ildir istilik üzünə həsrətdilər, amma ünvanlarına borc gəlib - VİDEO

7.1 145

Nizami rayonu, Bəhruz Nuriyev küçəsindəki 42 saylı binanın sakinlərinə müxtəlif məbləğlərdə istilik borcunu bildirən bildirişlər gəlib. Bu isə sakinləri narahat edir. Çünki onlar iddia edirlər ki, istifadə etmədikləri istiliyə görə onlara borc yazılıb.

 

Xezerxeber.az-ın məlumatına görə, Sakinlər deyir ki, 10 il ərzində heç bir bildiriş almayıblar. “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətindən isə tam əksini deyirlər. Bildirirlər ki, həmin bina uzun müddətdir ərazidəki 74 saylı qazanxanadan istilik alır və mənzillərə bildirişlər gəlir.

Bəs anlaşılmazlıq nədədir? “Azəristiliktəchizat” belə əsaslandırır ki, həmin sakinlər istilikdən imtina barədə quruma müraciət etmədiklərindən sistemdə onların adları istilik alırmış kimi görünür.

Vəziyyət qarışıq kimi görünür. Amma ortada olan bir fakt var ki, ötən 10 il ərzində sakinlərə niyə borcla bağlı bildiriş gəlməyib?

İndi vətəndaşlar abonent siyahısından çıxmaları üçün yenidən “Azəristiliyə” müraciət etməlidir.

Oxşar məqalələr