AXTAR

VİDEO: Parkomatların sayının artması paytaxtda problemə çevrilib

 builmw

Paytaxt  küçələrində  parkomatların sayının artması  bəzi  küçələrdə  problemə  çevrilib.

Xezerxeber.az məlumat verir ki, parkomatlar  düzgün quraşdırlmadığından yollarda  tıxaclar yaranır. Bundan həm  sərnişinlər, həm də  sürücülər  əziyyət çəkir.

Məlumata görə 70-dən artıq küçə və prospektdə  indiyə kimi 300-ə yaxın parkomat qurasdırılıb. Lakin düzgün yer seçilmədiyindən  sürücülər hələ də  çətin anlar yaşayır.

Bəzən isə yolun bir tərəfində quraşdırılan parkomantda ödəniş edərək yolun hər iki istiqamətində maşın saxlayan sürücülər belə olur.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov bildirir ki, parkomatların quraşdırıldığı yerlərdə avtomobillər paralel və ya perpendikulyar park olunmalıdır. Lakin buna əməl olunmur.

Məsələylə bağlı “Xəzər Xəbər”ə açıqlama verən Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədəv bildirib ki, paytaxtda artıq 14  parkomantın yeri dəyişdirilib və problem olan  küçələrdə  bu proses  davam etdiriləcək.

Oxşar məqalələr