AXTAR

Hindistanda qatarın relsdən çıxması nəticəsində ölənlərin sayı 39 nəfərə çatıb

1477097339.jpg

Hindistanda qatarın relsdən çıxması nəticəsində ölənlərin sayı 39 nəfərə çatıb.

APA-nın İANS agentliyinə istinadən verdiyi məlumata görə, hadisə Orissa və Andxra-Pradeş ştatlarının sərhədində baş verib.

Hindistanın baş naziri Narendra Modi ölənlərin qohumlarına və yaxınlarına başsağlığı verib.

 

***

saat 09.24

Hindistanda qatarın relsdən çıxması nəticəsində ölənlərin sayı 32 nəfərə çatıb, 50 nəfər xəsarət alıb.

APA-nın ANİ agentliyinə istinadən verdiyi məlumata görə, hadisə Orissa və Andxra-Pradeş ştatlarının sərhədində baş verib.

Sürətli qatarın lokomotivi və qatardakı 22 vaqondan 8-i relsdən çıxıb. Qəzanın səbəbləri hələ məlum deyil. Ancaq “Hindistan Dəmir Yolları” şirkəti təxribat versiyasını istisna etmir. Çünki hadisə baş verən regionda mao silahlıları fəaliyyət göstərir.

***

saat 04.48

Hindistanda qatarın relsdən çıxması nəticəsində ölənlərin sayı 23 nəfərə çatıb.

APA-nın “Frans Press”ə istinadən verdiyi xəbərə görə,  hadisə yerində xilasetmə əməliyyatı davam etdirilir, sərnişinlər ərazidən təxliyə edilir.  

Dəmir yolunda hərəkət dayandırılıb.

Qəzanın səbəbləri hələlik məlum deyil.   

***** 02.52

Hindistanda qatarın relsdən çıxması nəticəsində 13 nəfər ölüb, 100-dək insan xəsarət alıb. APA-nın “Frans Press”ə istinadən verdiyi xəbərə görə, insident Orissa və Andxra-Pradeş ştatlarının sərhədində baş verib.  

Məlumata görə, yeddi vaqon və lokomotiv relsdən çıxaraq aşıb.

Qatar Orissa ştatının paytaxtı Bxubaneşvar şəhərinə yollanırmış.

Qəzanın səbəbləri araşdırılır. 

Oxşar məqalələr