AXTAR

İtkin düşən neftçilərə görə sığorta ödənişi veriləcək

pashasigorta

SOCAR-ın “Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına neft və qazçıxarma idarəsinin 3 nömrəli Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uçması nəticəsində itkin düşən neftçilərin “istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta”sı “PAŞA Həyat Sığorta” şirkəti tərəfindən həyata keçirilib.

 

“PAŞA Həyat”ın mətbuat katibi Elnur Hüseynquluyevin açıqlamasına görə, “Hadisə ilə bağlı “Azneft” İB tərəfindən “PAŞA Həyat Sığorta” şirkətinə rəsmi müraciət daxil olmayıb, şifahi məlumat verilib. Yəqin ki, rəsmi müraciət olunacaq. Hazırda şirkətdə yaradılmış xüsusi qrup tərəfindən qəzada həlak olan neftçilərin siyahısı və onların ailə tərkibləri dəqiqləşdirilir. Ödənişlərin verilməsində heç bir problem olmayacaq. Ödənişlər qanunvericiliyə müvafiq qaydada tam vaxtında veriləcək. Müvafiq qurumlar tərəfindən lazımı sənədlər təqdim edildikdən sonra onların ailələrinə sığorta ödənişləri ediləcək”, - deyə E.Hüseynquluyev bildirib.
Qeyd edək ki, dekabrın 15-də baş vermiş hadisə nəticəsində 10 neftçi itkin düşüb. Onlardan birinin cəsədi dənizdən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Oxşar məqalələr