AXTAR

Türkiyə tarixinin önəmli dövrü

turkiye02

 

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan milli səfərbərlik elan edib. Əsas hədəf PKK, İŞİD və FETÖ kimi terror təşkilatlarına qarşı mübarizədir. Türkiyə prezidenti xalqı bu mübarizəyə dəstək verməyə çağırıb. Xalq monolit birlik göstərərək terrora qarşı çarpışmaya dəstək verir. Lakin hələlik istənilən nəticə alınmır. Çünki terrorçuların da himayədarları var. Terroru törədən təşkilatlarının Qərbdən olan himayədarları onları həm mənən, həm də felən, yəni silah-sursatla dəstəkləyir, həmçini müxtəlif yollarla buna təşviq edirlər. İş burasındadır ki, müəyyən Qərb dairələri Türkiyəyə qüarşı düşmən münasibətlərini üzdə bildirmir, amma əlaltdan terrora əl atır, bunun bumeranq effektinə məruz qalsa da əməllərindən əl çəkmirlər. Hətta son vaxtlar baş vermiş insan qırğınlarına saymazyana yanaşırlar. Məlum olduğu kimi, bütün bunlar təsadüfi yaxud hansısa etnik qrupun azadlıq, müstəqillik mübarizəsi deyil, məhz Türkiyənin bir dövlət kimi zəiflədilməsinə, bəlkə də tarix səhnəsindən silinməsinə yönəldilmiş məkrli siyasətdir.
Bu səbəbdən Ərdoğan prezident sarayında keçirilən bölgə nümayəndələri ilə görüşdə terrorla mübarizə məsələsinə toxunub. “Artıq müdafiədə qala bilmərik” deyən prezident Türkiyənin ciddi təhlükə ilə üz-üzə qaldığını bildirib. R.T.Ərdoğan deyib: “İtkilərimiz olsa da, terror təşkilatlarını böyük tələfata uğratdıq. Təşkilat 9.500 üzvünü, o cümlədən bir neçə liderini itirib. Yaşadığımız dövr İstiqlal Savaşı qədər vacib və kritikdir. Bu gün Türkiyə və bölgə ətrafında hiyləgər oyunlar qurulub. Şəhidlərimizin qanı yerdə qalmayıb və qalmayacaq. Heç bir xəyanət cavabsız qalmayacaq. Bayrağımızı endirməyə çalışanların qolunu qırmasaq şəhidlərimizin ruhu bizi bağışlamaz. Vətənimizə göz dikənlərin gözünü tökmək bizim namus borcumuzdur. Bütün terror təşkilatlarına qarşı milli səfərbərlik elan edirəm. Hər terrorçunun 80 milyon düşməni var. Təhlükəsiz xidmətlərinə səslənirəm. Terror fəaliyyətinə qarşı dövlət də, millət də sizinlə eyni cərgədədir. Səlahiyyətlərinizi sonuna qədər istifadə etməkdən çəkinməyin”.
Qardaş ölkə rəhbərinin məsələyə bu dərəcədə ciddiyyətlə yanaşması səbəbsiz deyil və bir çox gizli düyünlərin açılması fonunda tamamilə məntiqidir. PKK terror təşkilatının qərb ölkələri tərəfindən dəstəklənməsi və idarə olunması, onların əlində zorakı təzyiq vasitəsi olması indi heç kimə sirr deyil. Vaxtilə soverlər birliyinin gizli xidmət orqanları tərəfindən yaradılmış bu terror təşkilatı sonralar Kremlin əlinə keçməklə yanaşı həm də qərb tərəfindən ələ keçirilib. Avropada, məsələn, Parisdə Türkiyədə yaşayan kürdlərin problemlərini araşdıran elmi mərkəz fəaliyyət göstərir. əslində bi mərkəzin tədqiqatları terrorçu qruplaşmasının Avropadan idarə olunmasını, onun maliyyə qaynaqlarının yaradılmasını və yönləndirilməsini təmin edir. Təbii ki, silah satışı, kamikadzelərin hazırlanması üçün təlim proseslərinin yaradılması da bura daxildir. Belə mərkəzlər bir sıra digər ölkələrdə də var.
Türkiyənin Osmanlı dövründən başlayaraq müasir dövrə qədər avropalıların göz dağına çevrilməsi onun daim qovğalar içində yaşamasına səbəb olub. Lakin Avropa dövlətləri heç vaxt türklərlə bacara bilməyiblər. Gözləmək olardı ki, bundan nəticə çıxaran qədim qitə təmsilçiləri mehriban qonşuluq, əmin-amanlıq və əməkdaşlıq siyasətinə üstünlük verəcəklər. Ancaq belə olmadı. Siyasilər Türkiyəni daxildən məhv etmək yolunu seçdilər. Yenə bir nəticəyə nail olmayanda açıq bildirdilər ki, onlar özlərini Türkiyə bir sırada görmək istəmirlər. Bunu Avropa Birliyi ölkələrinin son bir neçə ay ərzində verdikləri bəyanatlar sübut edir. Belə olan halda bu gün Türkiyədə elan edilən milli səfərbərlik çağırışı alqışlanmalı və dəstəklənməlidir. Türkiyə dünyada tək deyil və ölkədə qurulmuş dövlətin varlığına qarşı yönəlmiş hər cür hücumu dəf etmək gücündədir. Bu mübarizədə türklərin qalib gələcəkləri və daha da güclənəcəkləri şəksizdir. Amma tarixin bir qanunu var ki, qalibiyyətdən sonra Türkiyə Aİ-yə üzv olmağı yox, Aİ ölkələri Türkiyə ilə dost olmağa can atacaqlar.

IKSmedia.az

Oxşar məqalələr