Əgər sovet dövründə Rusiyada sosializm realizmi hökmran idisə, indi erməni realizmi tüğyan edir. Belə ki, bu ölkədəki “Realist” Agentliyi öz başçısı daşnak Sarkis Saturyanın pozuculuq fəaliyyəti KİV-in gündəmindən düşmür.
Sarkis Saturyan
Ermənilərin Rusiyada pozuculuq fəaliyyəti yeni deyil və bizim dövrdə bu fəaliyyət kifayət qədər genişlənib.
Bu gün Rusiyanın intellektual bölümü həyəcan içərisindədir. Jurnalistlər yazırlar ki, Rusiyada xarici agent varsa, o da Saturyan və onun şəbəkəsidir. Agentlikdə bütün aparıcı vəzifələri Saturyanın həmvətənləri tutur və pozuculuq işlərini heç də gizli həyata keçirmirlər.
Bu haqda yazan “gradator.ru” saytı istehza ilə yazır ki, heç demə Saturyanın agentliyində hansısa Sevak Mirabyanın rəhbərlik etdiyi “din” şöbəsi varmış. Və bu din mütəxəssisi Rus Pravoslav Kilsəsinin başçısı, Moskva və bütün Rusiyanın müqəddəs patriarxı Kirili kəskin tənqid edir.
Görünür, RPK-nın başçısı “unudub” ki, kiminlə və harada görüşəcəyini, nə danışacağını Sarkisdən və Sevakdan soruşsun.
Sevak Mirabyan
Təbii ki, erməni dinşünasları patriarx Kirilin Moskvada Azərbaycan və erməni din xadimləri ilə görüşündən qeyzlənib hücuma keçiblər. Patriarxın sülh çağırışını Mirabyan belə dəyərləndirib: “Müqəddəs patriarx Kirilin simasında Rus Pravoslav Kilsəsi sülhə çağırır. Kilsə, bununla, guya özünün siyasi laqeydliyini və missiyasının fövqəlmilli xarakterini nümayiş etdirir”. “Gradator.ru” qeyd edir ki, Mirabyan əslində patriarxı əvvəlcədən düşünülmış qərarda məzəmmət edərək RPK daxiliondə parçalanmaya çağırır.
Sevak hesab edir ki, bütün Rusiyanın patriarxı RPK-nın Bakı-Azərbaycan eparxiyasının cəzalandırmalıdır, ona görə ki, xristianların, müsəlmanların, iudeylərin və digər inanclıların, yalnız özgə torpaqlarını sevən ermənilər istisna olmaqla, sülh içərisində birgə yaşadıqları Azərbaycanın bütün pravoslav məbədlərində Vətən müharibəsindəki qələbə qeyd olunub.
Bu səbəbdən xristianlıq pərdəsinə bürünmüş erməni millətçisi RPK xadimlərini ateist adlandırmaqla, onların heysiyyətini təhqir edir.
Sayt daha sonra qeyd edir ki, müsəlmanxristian qarşıdurmasına nail ola bilməyən erməni lobbisi RPK-nı daxildən parçalamaq siyasətinə başlayıb.
İksmedia.az