AXTAR

Putin Soçidə PAşinyan və Əliyevlə nə barədə danışacağını Avropa Şurasının başçısına xəbər verib

putin

Noyabrın 24-də Rusiya prezidenti Vladimir Putinlə Avropa Şurasının sədri Şarl Mişellə telefon söhbəti baş tutub.

 

Novosti-Armeniya agentliyi bildirir ki, buu haqda Kremlin mətbuat xidməti məlumat yayıb.

Mişelin xahişi ilə Putin Dağlıq Qarabağ üzrə 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli sazişlərin müddəalarının həyata keçirilməsi, o cümlədən dinc həyatın bərqərar olması, Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası istiqamətində atılan addımlar barədə məlumat verib.  Rusiya və Azərbaycan prezidentlərinin və Ermənistanın baş nazirinin noyabrın 26-da Soçidə keçiriləcək görüşündə də məhz bu məsələlərə baxılması planlaşdırılır.

Soçi görüşü barədə məlumat yayılan andan Avropa Şurasının Azərbaycana daimi qərəzi ilə tanınan qanadında məyusluq hökm sürür. Ş.Mişelin dərhal Putindən görüşün məğzini öyrənməyə çalışması məyusluqdan doğan isterik əhval-ruhiyyə sayılmalıdır. Çünki, onun təşəbbüsü ilə Azərbaycan və Ermənistan rəhbərlərinin Brüsseldə görüşünün təşkil edilməsi ideyası avtomatik olaraq Soçi görüşü tərəfindən ləğv edilmiş sayılır. Bunun ayrə yolu yoxdur. Əgər Avropa Şurasında qərəzlə məşğul olanlarda sağlam mühakimə olsaydı, 2006-cı ildə o vaxtkı Fransa prezidenti Jak Şirakın erməni lobbisinin təsiri ilə Paris yaxınlığındakı Rambuye sarayında iki dövlət arasında eyni formatda görüş təşkil etmək arzusunun necə iflasa uğramasından nəticə çıxardardılar.

Görüşdə baş verən hadisə o qədər gözlənilməz olmuşdu ki, hətta bəzi siyasi analitiklər bunu "erməni prezidentin qarın ağrısına düşməsi" kimi dəyərləndirmişdilər. Belə ki, həmin görüş vaxtı Ermənistanı, yəni işğalçı dövləti təmsil edən prezident Koçaryan söhbətin şirin yerində otağı tərk etməklə aradan çıxmışdısa, bu dəfə ermənilərin baş naziri Paşinyan Soçidə boynunu burub oturacaq, Moskvanın nəsihətinə, Bakının tövsiyələrinə "bəli, baş üstə" deyəcək. Elə buna görə də, Mişel əl-ayağa düşüb vurnuxur. Amma, nə faydası, nə o, nə də onun fransız dostu Emmanuel Makron ermənilərin bədbəxtliyi üzərində özlərinə seçki xalı yığa bilməyəcəklər.

İKSmedia.az 

Oxşar məqalələr