2003-cü il oktyabrın 1-də prezident seçkilərində öz namizədliyini geri götürdüyünü bildirən Ulu Öndər Heydər Əliyev xalqımızı Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırdı. 18 il əvvəl 15 oktyabr Azərbaycan üçün xüsusi günlərdən biri kimi tarixə düşdü. Həmin gün keçirilmiş prezident seçkilərində Azərbaycan xalqı öz səsini Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə və ölkədə sabitliyin qorunmasına.İqtisadiyatımızın inkişafına verdi.
Ümummilli Lider heydər Əliyevin “Mən ona özüm qədər inanıram” sözlərini əməlləri ilə təsdiq edən Prezident İlham Əliyev Azərbaycanda yeni bir dövrün, parlaq gələcəyimizin əsasını qoydu. Fəaliyyətinin ilk illərindən ölkədə dayanıqlı iqtisadiyyatın qurulması, əhalinin rifah halının yüksəldilməsi ilə yanaşı, Cənab Prezident tərəfindən müstəqillik və azərbaycançılıq ideoloqiyasının daha da möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atıldı.
Möhtərəm Prezidentimizin apardığı uğurlu siyasət nəticəsində ölkədə sosial-iqtisadi vəziyyət xeyli yaxşılaşdı, multikultural ənənələrə və milli-mənəvi dəyərlərə söykənən bir cəmiyyətin formalaşması təmin edildi. İlham Əliyevin “neft kapitalını insan kapitalına çevirək” şüarı Azərbaycanın gələcək inkişafını təmin etdi. Bu baxımdan, təsadüfi deyil ki, bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı və milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir.Prezidentimizin səsləndirdiyi hər bir deviz azərbaycanımızın inkişafına,parlaq gələcəyinə böyük təkan verir.
Prezident İlham Əliyev Azərbaycan xalqının lideri kimi bəşəri və milli-mənəvi dəyərlərə sadiqliyini nəinki sözdə, əməli işdə də dünyaya nümayiş etdirdi. Humanizm prinsiplərinin bəşəriyyətin ən böyük dəyəri olduğunu, dünyada sülhün, əməkdaşlığın təmin olunmasının vacibliyini ən mötəbər tribunalardan beynəlxalq ictimaiyyətə dəfələrlə bəyan etmişdir.
Cənab Prezidentin ən böyük xidmətlərindən biri də qüdrətli və müzəffər ordunun yaranmasıdır. Müasir ordu quruculuğu istiqamətində atılan vacib addımlar Azərbaycan Ordusunu dünyanın ən güclü orduları sırasına daxil etdi. Məhz güclü Ordu və ona rəhbərlik edən Müzəffər Ali Baş Komandan, Böyük Sərkərdə İlham Əliyev Prezident kimi 17 illik gərgin əməyinin nəticəsində 30 il işğal altında qalan Azərbaycanı 44 gün ərzində öz ərazi bütövlüyünə qovuşdurdu, xalqımızı dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanıtdı.
Azərbaycanın hər bir sahədə əldə etdiyi bütün uğurların, nailiyyətlərin əsasında yalnız və yalnız Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan düzgün siyasətin və idarəçilik modeli dayanır.Hal-hazırda Doğma Qarabağımızda ölkəmiz tərəfindən təkbaşına sürətlə aparılan və bütün dünyaya nümayiş etdirilən yenidənqurma, bərpa, abadlaşdırma işləri buna əyani subutdur.Qarabağımız tezliklə cənnət məkana çevrilməkdədir. İnşallah Prezident İlham Əliyevin rəhbərliyi ilə yurd-yuvalarından didərgin düşən soydaşlarımız tezliklə öz evlərinə qayıdacaqlar. Bu tarix yazan Sərkərdənin Böyük qayıdış tarixi olacaqdır.
Bu gün Azərbaycan xalqı öz Liderinin ətrafında sıx birləşərək ona sonsuz etimad, inam, dəstək nümayiş etdirir . Hər bir kəs Prezidentimiz İlham Əliyevi vətənpərvər, qətiyyətli, əzm, prinsipiallıq və dönməzlik rəmzi olaraq görür və Onunla qürur hissi keçirdir.
Əntiqə Tağıyeva
Hişkədərə kənd sakini