AXTAR

"Qarabağ"a qarşı oynayan futbolçu "Qartal" olacaq

“Dnepr” klubunun qapıçısı Denis Boyko “Beşiktaş”a keçə bilər.

ANS PRESS-in məlumatına görə, qapıçı etiraf edib ki, yaxın günlərdə türk klubuna keçəcək.

“Bəli məni “Beşiktaş”a dəvət ediblər. Mən klubun meneceri Torunoğlu ilə danışmışam . “Beşiktaş”da Mario Qomes ilə Quarejma kimi ulduz futbolçular oynayır. Güclü çempionatın təmsilçisi məni almaq istəyir. Mən orada oynamaq istəyərdim. Lakin hazırda danışıqlar aparıldığı üçün hələlik dəqiq heç nə deyə bilmərəm”.

Əvvəl “Beşiktaş” Ukrayna klubuna Boyko və müdafiəçi Duqlas üçün 5 milyon dollar təklif edib. Lakin “Dnepr” təklifi rədd edərək 10 milyon tələb edib.

Boyko qış tətilini ABŞ-da keçirib. Futbolçu "İnstaqram" səhifəsində maraqlı şəkillər paylaşıb. "Beşiktaş" klubunun azarkeşləri isə şəkillərin altından şərh yazaraq onu kluba dəvət ediblər.


Denis Boykonun "İnstaqram" səhifəsi

Boyko Kiyevdə anadan olub və gənclik illərini "Dinamo Kiyev"də keçirib. Debüt oyununa 9 may 2010 tarixində "Metallurq Zaporojye"yə qarşı çıxıb. UEFA Avropa Liqasında 2014-15 mövsümündə Dnipro ilə final oynayıb lakin finalda "Sevilya"ya 2-3 hesabı ilə uduzub. Həmin mövsümdə "Dnepr" qrup mərhələsində "Qarabağ" klubu ilə mübarızə aparıb.

Oxşar məqalələr