AXTAR

Barışmaz rəqiblər: Fəlsəfə istedada qarşı (FOTO)

Bu gün dünyanın ən barışmaz və əzəli rəqibləri 194-cü dəfə üz-üzə gələcəklər.

ANS PRESS-in məlumatına görə, “Liverpul” öz evində “Mançester Yunayted”i qəbul edəcək.

Hazırda komandaların gücləri təxminən bərabərdir. Son 5 rəsmi oyunda həm “Qırmızılar”, həm də “Şeytanlar” aktivlərinə iki qələbə, iki heç-heçə və bir məğlubiyyət yaza biliblər.

Bundan əlavə, “Liverpul” ilə “Mançester Yunayted”in son oyunları 3:3 hesabı ilə bitib.

İngiltərə Çempionatının turnir cədvəlində komandaları 3 xal ayırır. Məğlub olan komanda Çempionlar Liqasına düşmək şansından məhrum ola bilər.

"Liverpul"un baş məşqçisi Yurqen Klop “Mançester Yunayted”ə qarşı oyunu “Borussiya Dortmund” ilə “Şalke” qarşıdurmasına bənzədir:

“Bu oyun çox vacibdir. Əgər biz 20 xal irəlidə olsaydıq belə, bu oyun yenə də bizim üçün vacib olacaqdı. Mən derbiləri çox sevirəm”.


Yurqen Klop - məşqçi

"Mançester Yunayted"in baş məşqçisi Lui Van Qal isə cavan vaxtı Klop kimi düşündüyünü, hazırkı vəziyyətdə isə hisslərə qapılmadığını deyib:

“İndi mənim 64 yaşım var və mən öz emosiyalarımı gizlədə bilirəm. İnanmıram ki, İngiltərədəki hakimlər məşqçinin və azarkeşlərin təzyiqi ilə hansısa qərar versinlər. Hər bir məşqçinin öz xarakteri və fəlsəfəsi var. Karyeramın əvvəlində mən də Klop kimi hərəkətlər edirdim. Məncə, meydandan kənar etdiyin hərəkətlər oyunun gedişatını dəyişmir".


Lui Van Qal - məşqçi

"Mançester Yunayted" turnir cədvəlində 21 oyundan sonra 34 xalla 6-cı pillədədir. "Liverpul" isə 31 xalla 9-cu pillədədir.

"Liverpul" - "Mançester Yunayted"
Saat: 21:15


İngiltərə çempionatının turnir cədvəli

Oxşar məqalələr