Bəzi strukturlar ləğv edilərək yenisi yaranıb
Ölkədə aparılan iqtisadi islahatların tərkib hissəsi və vergi sahəsində həyata keçirilən islahatların davamı kimi, Azərbaycan Respublikası Prezidentinin 4 avqust 2016-cı il tarixli “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında” Sərəncamı ilə Vergilər Nazirliyinə verilmiş tapşırıqların icrası, vergi orqanlarında kadr potensialından səmərəli istifadə edilməsi, eləcə də daha təkmil və müasir idarəetmə menecmentinin formalaşdırılması məqsədilə vergilər naziri Fazil Məmmədovun əmri ilə Vergilər Nazirliyində ciddi struktur dəyişiklikləri aparılıb.